Page 419 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 419
Èòèðèëìèø äöíéà 419
hamısı”ndan heç olmasa nәsә salamat qalsın… Karmen heç
dәyişilmәmişdi. Eden-Rokda çәkdirdiyi şәkildә saçını başqa cür
daramışdı, vәssalam. Üzünün dәrisi hәminki kimi hamar, gözlәri
hәmişәki kimi dumduru, beli incәydi. Bircә gülüşü dәyişilmişdi,
o vaxtkı kimi qayğısız, mәsud gülmürdü.
Mehtәr gecә saat ikidә “sәhәr yemәyi”ni gәtirirdi. Toyuq so-
yutması. Konfetlәr. Meyvәlәr. Portağal şirәsi. Karmen mәnә ma-
conq oyununu öyrәtmәyә çalışsa da, onun qaydaları yadımda
qalmırdı ki, qalmırdı. Valoxudanda elә eyni mahnılar sәslәndirilirdi.
Rokruanın öz mәktubunda qeyd etdiyi kimi, o vaxtlar onunla
Karmenin qürub çağları idi. Dinlәdiklәri mahnıların hamısında
bahardan söz açılırdı – “April in Parije” (Parisdә aprel (ing.)),
“Some other Spring” (“Bu baharda yox” (ing.)), “Portuqaliyada
aprel”… Onları eşidәn kimi gözlәrim önündә Karmenlә birgә
dirigözlü açdığım sabahlar canlanır. Jorj Mayo bu gözәl, zәrif
melodiyaları fitlә ifa edirdi. İndi mәnә elә gәlir ki, bu melodiyalar
Karmen vә onların keçmiş komandasının digәr üzvlәri üçün bir
növ parol rolunu oynayırdı.
“Sәhәr yemәyi”ndәn sonra Karmen әynini geyinirdi vә biz
gәzmәyә yollanırdıq. Gecәnin gec saatlarında küçәlәr bomboş
olurdu, adda-budda maşınlar gözә dәyirdi, işıqforların yaşıl vә
qırmızı işıqları boş-boşuna yanıb-sönürdü. Biz Kraliça xiyabana
gәlәrdik. Yarpaqların vә yaş torpağın qoxusu. Alma meydanının
o tәrәfindә, sahil küçәsindә, Tokio pavilyonunun qarşısındakı
açıqlıqda pıçıltıyla danışardıq ki, әks-sәda sәsimizi uzaqlara
yaymasın. Frenel küçәsinin asma bağı. Sena. Qrenel körpüsünә
qәdәr keçib getdiyimiz Durnalar xiyabanı. Sonra Passinin pillәlәri
ilә enib, Trokadero küçәsi ilә evә qayıdardıq.
Hava işıqlaşardı. Qonaq otağında quşların cikkiltisi eşidilәrdi.
Yurel otağın işığını yanılı qoyardı. Valoxudanı söndürmәsәydim,