Page 415 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 415
Èòèðèëìèø äöíéà 415
әrini gözlәyirdik. Gördüm ki, Xeyuord aviasiya şirkәtinin stüardı
formasında gizlicә öz mәnzilinә keçdi vә bir azdan qonaq otağına
adi mülki paltarda gәldi. Tәsadüfәn şahidi olduğum bu sәhnә
mәni karıxdırmışdı. Lap әvvәldәn dә hiss etmişdim ki, bu cütlük
tәsadüfi gәlirlәrlә yaşayır vә nәyisә gizlәdir. Xeyuordun әbәs
yerә kübar intonasiya vermәk istәdiyi xırıltılı sәsi mәni yanılda
bilmәzdi. Ancaq Karmen artıq onlarsız keçinә bilmirdi. “Maraqlı,
mәzәli adamlardır”, – onların haqqında belә deyirdi. Bәzәn sәhәr
saatlarınacan uzanan “axşam”larda onu әmәllicә әylәndirirdilәr.
Vә bizim kiçik qrupun losmanları rolunu oynadıqlarına görә
Karmen onların hәdiyyәlәrini әskik etmirdi. Mәn “bizim” dedim,
baxmayaraq ki, özümü burada kәnar adam sayırdım, ümumiyyәtlә,
bizi “qrup” adlandırmaq da doğru deyildi.
Biz evdәn çıxanda eşikağası hәmişә kandarda dümdüz dayanıb,
soyuq baxışlarla bizi süzәrdi.
– Bu gün madam saat neçәdә qayıdacaq? – O, hәr dәfә soruşar-
dı. Sanki, Karmenin sağ-salamat geri dönәcәyinә әmin deyil, odur
ki, onu tәhlükәli macәralara sövq etdiyimizә görә bizә irad tutur.
– Çox gec gәlәcәyәm. Mәni gözlәmәyin.
– Yox-yox. Gözlәyәcәyәm, madam.
Bu ifadәni bizә meydan oxuyurmuş kimi höcәtlә deyirdi.
– Bu tip, deyәsәn, sәnә vurulub, – Mayo deyirdi. – Amma
qәribә ayaqqabısı var.
– Onu çoxdan tanıyıram. Lüsyenin mehtәri idi.
Yuxarı Svoyadakı “Rezidans” hotelinin (Karmeni ilk dәfә bu
hoteldә görmüşdüm) portyesini xatırlayıram. Hәmin portye dә
Lüsyen Blenin Varavildәki atçılıq tәsәrrüfatında işlәyirmiş. Dünya
Karmenin yanında qoruyucu mәlәk vәzifәsindә işlәyәn keçmiş
atabaxanlarla dolu idi.
Karmen Xeyuordların maşınına minirdi, Rokrua, Qita vә mәn
– Jorj Mayonun. Şam yemәyini harada yeyәcәyimizә Xeyuordlar