Page 410 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 410
Ïàòðèê Ìîäèàíî
o öz mәktubunda işlәtdiyi ifadәlәrlә danışırdı: “Hәyatda atdığınız
ilk addımların şahidi olmuş adamların hamısı yavaş-yavaş yox
olacaqlar. Siz onları tanıyanda hәlә cavan idilәr, amma artıq
ömürlәrinin qürub çağıdır…”
Sonra üzünü Qitaya çevirdi.
– Ona bloknot ver, Jip… bir dә qәlәm…
Qita mәnә kiçik, sarı bloknot verdi. Qәlәmi isә Rokruanın
özü qoyun cibindәn çıxardı.
– Yazın, dostum.
O, mәnә xeyli şeylәr yazdırdı: adlar, tarixlәr, küçә adları.
Sonra o bloknotu itirdim, amma bu elә dә әhәmiyyәtli itki
deyildi: bu yaşda sәnә deyilәnlәri yazmağa ehtiyac yoxdur. Sәnә
deyilәnlәrin hamısı yaddaşına ömürlük hәkk olunur.
Görәsәn o, haçansa mәni әhatә edәn insanlar vә zaman
haqqında yazacağımı hiss edirdimi? Haçansa yazıçı olmaq
istәdiyimi ona demişdimmi? Çәtin. Ümumiyyәtlә, biz onunla
әdәbiyyat haqqında danışırdıqmı? Hә, danışırdıq. O, oxumaq
üçün mәnә detektiv romanlar verirdi, Erl Biqqers, Rufus Kinq,
Filipps Oppenqeym, Sen-Bonne, Dornford Yeyts vә başqa
yazarların adlarını mәnә o tanıtmışdı. Onların kitabları hәlә dә
onun kitab rәfindәdir. Mәnim kitablarımla birgә.
Əzizim Rokrua, mәnim bu kitabım – sizә ünvanlanmış mәktub
kimi bir şeydir. Gecikmiş mәktub. Onu heç vaxt oxumayacaqsınız.
Yalnız Qita… Artıq başqaları yoxdur. Onsuz da, nә Karmen, nә
dә Jorj Mayo heç vaxt, heç nә oxumurdular. Bir dәfә sizinlә bu
barәdә danışmışdıq, siz onda dostyana mәnә izah etdiniz ki,
insanlar iki yerә bölünür: kitab yazanlar vә haqqında kitab
yazılanlar, – sonuncuların kitab oxumaq ehtiyacı yoxdur. Çünki
öz hәyatları elә romandır. Düzdürmü, Rokrua? Sәhv etmirәm ki?
Karmenlә Jorj ikincilәrә aid idilәr.