Page 407 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 407
Èòèðèëìèø äöíéà 407

Bu axşam Rokruanın mәnzilindә elә istidir ki, tәr damcıları
sifәtimdәn әlimdәki böyük poçt kağızının üstünә düşür. Damcılar
bәzәn hansısa bir sözün üstünә düşüb, göy mürәkkәbә qarışır,
odur ki, bu sәtirlәri mәn hәm dә öz tәrimlә yazıram. Farmer. O
vaxtdan bu yana düz iyirmi il keçib, amma Rokruanın sәsi hәlә
dә qulağımdadır: “Hәyatında ilk kişi”. Vә mәn istәyirәm ki, bu
axşam Farmer tәkcә soluxmuş fotoşәkillәrlә bağlı xatirә olmasın,
onun adı daha böyük şeylәr ifadә etsin. Necә olmasa da, mәn
onun oğluyam.

Rokruanın topladığı sәhifәlәrә vә onun göy dәri üzlüklü qeyd
kitabçasına baxıram. “Farmer, Bernard Rolf, lәqәbi-Mişel, La-
Pomp küçәsi, 189. Gizlәnib. Tel. – Puankare 15-29”.

Qitanın tapşırdığı kimi, mәnzilin bütün işıqlarını yanılı qoydum.
Küçәylә addımlayıram. Osman bulvarı, Fridland küçәsi, Viktor
Hüqo küçәsi. Yenә dә hava bürkülü, Paris isә adamsızdır. Bilirәm
ki, Farmer çoxdandır hәyatda deyil. Bunu mәnә Rokrua demişdi.
Rokruadan onun barәsindә bәzi başqa mәlumatlar da öyrәnmişdim.
Farmer opium çәkirmiş. O, heç vaxt palto geymәzmiş, qış
aylarında belә. Deyirmiş ki, palto onu gonbul göstәrir. O,
Karmendәn on yaş böyük imiş vә Lüsyen Blenin әhatәsindәki
çoxsaylı dostların sırasındaymış.

Ulduz meydanına yaxınlaşdıqca Tüilri tәrәflәrdә gördüyüm
turist avtobuslarının buralarda çoxaldığını gördüm. Bu avtobuslardan
tökülüşәn kişilәr dә eyni әlvan köynәklәrdәn geymişdilәr. Qadınlar
da hәminki narıncı vә yaşıl geyimdәdirlәr. Görәsәn, Parisdә Farmer
haqqında danışa bilәcәyim, heç olmasa, bir adam qalıbmı? Viktor
Hüqo küçәsi bomboşdur. Tәkәm-seyrәk pәncәrәlәrdә işıq yanırdı,
indi bu çilçıraqlar vә lampalar Qitanın boş otaqlarını da işıqlandırır.

Dom küçәsinin tinindәki “Dyu-Boa” hotelinin taybatay açıq
pәncәrәlәrindәn musiqi sәdaları gәlir, radioqәbuledici elә ucadan
oxuyur ki, xeyli aralandıqdan sonra da onun sәsini eşidirәm. Bu
   402   403   404   405   406   407   408   409   410   411   412