Page 403 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 403
Èòèðèëìèø äöíéà 403
– İyirmi yaşında tanıdığın adamlar ürәyindә hәmişәlik iz
buraxır… Tanıdığım kişilәrdәn yalnız ikisi ürәyimdә silinmәz iz
qoyub – mәnim әrim vә Bernard Farmer…
– Doğrudan?
O, yәqin ki, üzümdә tәntәnәli heyranlıq ifadәsi görüb,
gülümsәdi:
– Əlbәttә, bu, sizә maraqlı deyil.
– Əksinә.
– Sizi ilk dәfә hotelin hollunda görәndә fikirlәşdim ki, Farmer
bu yaşda mәhz sizin kimi olmalı idi… – O yenә dә gözünü
әllәrimә zillәdi.
Eşikağası sinini dәyirmi stolun üstünә qoydu, deyәsәn, bizim
döşәyin üstündә yanaşı oturmağımıza heç tәәccüblәnmәdi. Onun
içәri girdiyini eşitmәmişdim. O, sәssiz-sәmirsiz necә hәrәkәt
elәyә bilir? Ev çәkәlәyi kimi yumşaq tuflilәr geymişdi. Yeriyәndә,
elә bil ayaqları döşәmәyә dәymirdi.
– Sizi saat neçәdә oyadım, madam?
– Mәni sabah oyatmaq lazım deyil.
– Gecәniz xeyrә qalsın, madam.
O, “farağat” vәziyyәtindә bir az da dayandı, onun qara tuflilәri
ağ gödәkcә vә әlcәklәrlә uyuşmurdu. Sonra o, dal-dalı gedәrәk,
hәrbçilәr sayağı qıvraq hәrәkәtlә qapıdan çıxdı, ancaq qapını
arxasınca örtmәmiş baş endirib, bizimlә, bәlkә dә yalnız madam
Blenlә sağollaşdı.
Sendviçlәr. Tortlar. Mürәbbә. Alaçiy yumurta. Meyvә salatı.
İki stәkan portağal şirәsi.
– Bәlkә, könlünüzdәn başqa yemәk keçir?
– Yox, qәtiyyәn…
O, öz boşqabına meyvә salatı qoydu. Bir neçә çay qaşığı. Bir
qurtum portağal şirәsi içdi.
– Mәn son vaxtlar lap az yeyirәm.