Page 398 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 398
Ïàòðèê Ìîäèàíî

yağışa düşdüyüm dәqiqәlәri xatırlayıram. Birinci dәfә Yelisey
çöllәrindәki “Duayen” restoranının yanında yağışa düşdüm vә
köhnә musiqi pavilyonunda daldalandım. İkinci dәfә – “Biarrits”
kinoteatrının yanında. Bundan sonra yaş sәkilәrdә günәş işığı
oynamağa başladı.

Axşamtәrәfi göyün üzü yenidәn tutuldu. Ron-Puendә ağacların
yarpaqları arasından sızan yağışda islanmağa başladım, ancaq
Monten küçәsi ilә getmәyә davam etdim. Bu zaman yağışdan
qorunmaq üçün evlәrә yaxın durmağa çalışırdım. Külәk әsirdi,
Atlantik okeanından әsәn külәk… vә mәn fikirlәşirdim: “Küçәnin
sonunda dәniz görәcәyәm”. Başım üstündә qağayılar uçuşurdu.
Alma meydanına çatanda yağış güclәndi vә mәn “Frensisin
yanında” kafesinin şüşәli terrasındakı boş stollardan birindә
oturdum. Ofisiant sifariş götürmәk üçün stoluma yaxınlaşdı.
Ancaq pulum qalmamışdı.

– Mәn adam gözlәyirәm.
Əslindә, doğru deyirdim – mәn adam gözlәyirdim. Meydanın
o tәrәfindәki bağçanın hasarı yağışın altında parıldayırdı. Madam
Blen, yәqin ki, artıq oyanmışdı. Mәnә yalnız bir neçә addım atıb,
qapının zәngini basmaq qalırdı. Ancaq nәdәnsә, hәyatımın bir
dәqiqәliyә dayanmasını istәdim, istәdim ki, bu kafenin terrasındakı
söhbәtlәri dinlәyә-dinlәyә, pәncәrә şüşәsindә vә sәkidә yağışın
işıltılarını bir qәdәr dә seyr edim. Gözlәyirdim ki, axşam düşsün,
fәnәrlәr yandırılsın. Ofisiant yanıma gәlmәsәydi, yәqin ki, hәlә
belәcә, hәrәkәtsiz çox oturacaqdım.
– Siz kimisә gözlәyirsiniz?
Onun sәsindәki kinayәyә dözmәyib, stolun arxasından qalxdım.
Artıq yağış kәsmişdi. Qәzet köşkünә yaxınlaşıb, jurnal aldım. Axı,
demişdim ki, qәzet almağa çıxıram. İstәmirdim yalanım faş olunsun.
Qapının zәngi qәribә sәslәnir. Çox gurultuludur. Orqanın
uzun, ağır sәsini xatırladır. Qapını hәmin adam açdı, bu dәfә ağ
   393   394   395   396   397   398   399   400   401   402   403