Page 400 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 400
Ïàòðèê Ìîäèàíî
vә şәkillәr, bu mavi qonaq otağında çox qalacağım tәqdirdә,
mәndәn daha da uzaqlaşan dünyanın bir parçası kimi gәlirdi mә-
nә. Mәni burada saxlayan nәydi? Gәrәk, Lion vağzalında sürücülәr
çamadanları maşına yüklәyәrkәn, sivişib aradan çıxaydım.
Jurnalı әlimdәn saldım. Şüşәli qapıların taxtalarını da örtmüşdülәr
deyә, qonaq otağındakı sükut sәhәr olduğundan da betәr dәrin-
lәşmişdi. Çәhrayı abajurun zәif işığı sol tәrәfimdәki böyük ara-
kәsmәnin üstünә düşürdü. Bu çinli şirmasının üstündә әbәdi
üzәn qu quşundan gözümü çәkә bilmirdim.
O, çiynimdәn tutub silkәlәyirdi. Əvvәlcә harada olduğumu
xatırlamağa çalışdım. Sonra çaparı, onun ağ gödәkcәsini vә ağ
әlcәklәrini xatırladım.
– Madam sizi gözlәyir.
Divana yayxanmışdım. Saata baxdım, on birin yarısı idi.
Demәli, mәnim dә gözümә yuxu gedib. O, dirsәyimdәn tutub,
qalxmağıma kömәk elәdi. Sonra qıvraq, dәqiq hәrәkәtlәrlә
oturduğum yerdә әmәlә gәlmiş batıqları düzәltdi.
Onun ardınca boş otaqların yanından keçdik. Otaqlar
gözqamaşdıran gur işığa qәrq olmuşdu, amma deyәsәn, bu,
yorğunluqdan irәli gәlәn yalançı tәәssürat idi. Ayağım qatlanmış
xalçaya ilişdi. Eşikağası mәni tutmasa, yıxılacaqdım.
– Deyәsәn, formada deyilsiniz. Sizә duş almaq lazımdır.
– Duş?
– Hә dә. Sizi bir az tez oyatsaydım, duş almağa vaxtınız
çatardı.
O, ikilaylı qapını tıqqıldatdı, ancaq hay verәn olmadı. İçәridәn
musiqi sәslәri eşidilirdi. Eşikağası ehtiyatla qapını araladı.
– Madam…
Cavab gәlmәdi. Onda o, qapı laylarından birini açdı. Digәr
otaqların işığı gözümü elә qamaşdırmışdı ki, bura mәnә qaranlıq
göründü.