Page 404 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 404
Ïàòðèê Ìîäèàíî
Ovurdlarımı sendviçlә doldurduğum üçün utandım.
– Yuxum da pozulub… Bәs siz? Yaxşı yatırsınızmı?
Mәnә elә gәldi ki, sualın cavabını böyük maraqla gözlәyir.
– Əlbәttә… çox gözәl yatıram…
– Siz bütün bu sendviçlәri vә salatın hamısını yeyә bilәrsiniz?
– Yeyә bilәrәm.
– Sizin yaşınızda olanda mәn dә daşdan yumşaq nә olsa
yeyirdim, on saat sәrasәr quru yerdә yatırdım.
Onun neçә yaşı vardı? Onun doğum tarixini Rokruanın
dosyesindә aşkarlayandan sonra hesablamışdım: otuz doqquz.
Ancaq yaşından xeyli cavan görsәnirdi.
– Əlinizlә yeyin…
Ancaq mәn meyvә salatını çәngәllә yemәyә üstünlük verirdim,
baxmayaraq ki, açıq-aşkar mәnim әllәrimlә maraqlandığını hiss
etmişdim. Əllәrimә niyә belә çox baxır? Bәlkә, dırnaqlarımın
çirkli olduğunu düşünür? Bәdәnim, doğrudan da, çirkliydi. İki
sutka olardı ki, çimmәmişdim, üzümü qırxmamışdım, saçıma
daraq dәymәmişdi. Üstәlik, qatarda gecәlәmişdim.
– Mәni bağışlayın, sәfilә oxşayıram…
– Ürәyinizdәn keçirsә, elә bu dәqiqә vanna qәbul edә
bilәrsiniz… Sizin üçün hamam vә ev xalatı da taparıq… Əllәrinizi
göstәrin…
Hәyәcandan pörtdüm. Amma onun düz gözünün içinә baxmaq
üçün özümdә cәsarәt tapdım.
– Əllәrimdә nә görmüsünüz ki?
O, mәnә yaxın oturub, sol bilәyimi әlinә aldı. Sonra onu çe-
virdi.
– Əllәriniz Bernard Farmerin әllәrindәn seçilmir… Şübhә
yoxdur, siz onun oğlu olmalısınız…
Üzünü dodaqlarıma yaxınlaşdırdı. Dodaqlarım gicgahıma to-
xunurdu.