Page 395 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 395
Èòèðèëìèø äöíéà 395

Biz pis işıqlandırılmış dar dәhlizin sonuna çatdıq o, qapını
açıb, mәni irәli buraxdı. Qonaq otağında ilk diqqәtimi çәkәn şey-
lәr mavi boyası bәzi yerlәrdә qopub tökülmüş ağac panellәr vә
bağçaya açılan şüşәli qapılar oldu…

– Burada gözlәyә bilәrsiniz…
O, göy mәxmәr üzlüklü divanı göstәrdi. Divana әylәşdim.
– Nәsә içmәk istәyirsiniz?
– Yox, sağ olun.
– Madam Blen bir az gec qalxır, – o, yumşaq sәslә dedi, sanki
mәnә ürәk-dirәk vermәk istәyirdi. Demәk istәyirdi ki, hәlә çox
gözlәmәli olacağam. – Doğrudan heç nә içmәk istәmirsiniz?
Mәsәlәn, kofe? Yaxud, meyvә şirәsi?
– Yox, sağ olun.
– Fikrinizi dәyişsәniz, bu düymәni basarsınız. – O, divanın
sağ tәrәfindә, divarda qızıl suyuna çәkilmiş zәngi göstәrdi. –
Hәlәlik, müsyö. Sәbirli olun.
O, elә gәldiyimiz qapıdan da çıxdı, qapı onun arxasınca
yavaş-yavaş örtüldü; qapı divara elә kip quraşdırılmışdı ki, onu
divardan seçmәk olmurdu. Qonaq otağı tәrәfdәn qapının dәstәyinin
olmaması bu illüziyanı daha da artırırdı. Bәlkә, indicә keçib
gәldiyimiz dәhliz gizli yoldur? Özümә söz verdim ki, bunu
madam Blendәn soruşacağam.
Divanda oturub, bir müddәt gözlәdim. Sol tәrәfimdә çin
arakәsmәsi vardı. Kiçik stolların vә kaminin üstünә sarı vә ağ
gül dәstәlәri qoyulmuşdu. Güllәr artıq soluxmaqdaydı. Bağdakı
güllәri vә otları nura boyamış gün işığı qapı şüşәlәrindә әlvan
rәngә çalırdı. Qonaq otağının davamı kimi salınmış bu bağ öz
formasına görә gәminin burun hissәsini xatırladırdı vә adama
özünü dәnizdәymiş kimi hiss etdirirdi.
Ətraf sıxıcı bir sükuta qәrq olmuşdu. Qalxıb, şüşәli qapı
laylarından birini açdım. Sәrin meh yüngül pәrdәni oynatdı, mәn
bağa adladım.
   390   391   392   393   394   395   396   397   398   399   400