Page 393 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 393
Èòèðèëìèø äöíéà 393

Didro bulvarı. Austerlis körpüsü. Sәhәr saat doqquz idi. Şüşәni
aşağı saldım. Maşına yarpaq әtri vә toz iyi hopmuş yüngül meh
doldu.

Rulu birәlli fırladan sürücü maşını çox diqqәtsiz sürürdü. Di-
gәr sürücü maşını o qәdәr yaxın sürürdü ki, az qalırdı buferlәr
bir-birinә dәysin.

Botanika bağının hasarı boyunca, sahil küçәsiylә irәlilәyirdik.
Cәmisi iki yüz-üç yüz metr aralıda Val-de-Qras hospitalının qüb-
bәsi görünürdü. Keçәn payız, әsgәrlik mükәllәfiyyәtindәn hәmişәlik
azad olunmamışdan qabaq, mәni üç ay orada saxlamışdılar. Yeddi
il kollecdә, yarım il kazarmada, üç ay Val-de-Qrasda. İndәn belә
heç yerdә heç kәs mәni tutub saxlaya bilmәz. Heç kәs. Nәhayәt,
yaşamağa başlayıram. Şüşәni sonacan aşağı salıb, dirsәyimi çölә
çıxardım. Sahil boyu çinarlar yarpaqlamağa başlamışdı, biz on-
ların çәtiri altından keçib-gedirdik.

Maşınlar küçәlәri doldurmuşdu, bizim avtomobil sәssizcә
irәlilәyirdi. Radioda sakit musiqi sәslәndirilirdi – yadımdadır,
Hәmrәylik körpüsünә yaxınlaşarkәn orkestr “Portuqaliyada aprel”i
ifa edirdi. Fit çalmaqdan özümü güclә saxlayırdım. Yaz günәşinin
işığı ilә dolub-daşan Paris mәnә tanımadığım, ilk dәfә gәldiyim
şәhәr tәsiri bağışlayırdı. Əlillәr körpüsünün o üzündәki Orse
sahil küçәsindәn Aralıq dәnizinin vә tәtilin cazibәsi, rayihәsi
duyulurdu. Elә bil Kanndakı La-Kruazett küçәsi, yaxud Nitsadakı
İngilis küçәsilә gedirsәn.

Biz Alma körpüsü ilә Senanın üstündәn keçdik, ikinci maşın
bizimlә yanaşı gedirdi. Sürücülәr baxışırdılar. Sonra maşınlar
Jan Qujon küçәsinә döndülәr vә küçәnin lap әvvәlindә sәkiyә
yan alıb dayandılar. Üçümüz dә maşınlardan endik. Qara limu-
zinlәrin qapıları köhnә qanqster filmlәrindә olduğu kimi bәrkdәn
çırpıldı. Ağ köynәkli, göy şalvarlı kişi açıq rәngli ağacdan
düzәldilmiş ikilaylı qapının önündә dayanmışdı. Bu, daha çox
   388   389   390   391   392   393   394   395   396   397   398