Page 388 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 388
Ïàòðèê Ìîäèàíî
O, mәnim adımı kağıza yazıb, kağızı ikiyә böldü. Sonra
baxışlarını bir müddәt üzümdәn çәkmәdi, deyәsәn, mәnә maraqlı
adam kimi baxırdı, ya da kimәsә oxşatmışdı.
Blen hәlә dә maşının şüşәsi arxasından mәnә gülümsәyirdi.
Maşın döngәdә gözdәn itәnә kimi onu baxışlarımla müşayiәt
etdim. Sonra, hәlә dә bütün bunların qarabasma olduğunu
düşündüyüm üçün, kağızı açdım, orada açıq-aydın yazılmışdı:
“Karmen Blen. I Albert xiyabanı, 42-bis, tel. Trokadero 15-28”.
Hotel hollunun işıqları yandı. Elektrik fәnәri hәminki yerindәydi
– portye onu söndürmәyi unutmuşdu.
– Demәli, madam Blenlә hәr şeyi danışdınız…
– Hә… hә… Hәr şeyi…
– Siz mәni vәziyyәtdәn çıxardınız… O, bәzәn mümkün
olmayan şeylәr tәlәb edir…
– Onunla çoxdan tanışsınız?
– Lap çoxdan, müsyö. Düz iyirmi il onun әrinin hotellәrindә
işlәmişәm.
– Belә çıxır ki, o, doğrudan da, Lüsyen Blenin arvadıdır?
– Şübhәsiz, müsyö. Başqa kimin arvadı ola bilәr ki?
– Bağışlayın, Blen ölәndә mәnim on yaşım vardı, onu tanımaya
da bilәrdim.
– Əlbәttә, müsyö… Əlbәttә… Sizә irad tutmaq istәmirdim…
Hәlә çox gәncsiniz…
– Sәhv etmirәmsә, o, qaçış atları saxlayırdı…
– Jokeylәrin forması – yaşıl gödәkcә, ağ şapka…
Özümә söz verdim ki, bunu yadda saxlayacağam: yaşıl
gödәkcә, ağ şapka. Bundan sonra bu rәnglәri hәmişә Karmen
Blenin sarışın saçları ilә birgә xatırlayacağam…
Portye mәnә doğru әyildi.
– İlk dәfә Varavildә işә başladım… Atabaxan idim… Başa
düşürsünüz dә, çoxdanın hadisәsidir… Mәn Bleni tanıyanda, o
hәlә bu qıza evlәnmәmişdi…