Page 387 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 387
Èòèðèëìèø äöíéà 387

– Mәn özüm fikirlәşirәm ki, inanmaq olar…
O, siqareti ağzına apardı. Tez ciblәrimi axtarmağa başladım
vә xoşbәxtlikdәn, “cırcırama” adlandırdığımız ucuz bir alışqan
tapdım. O, siqaretini yandırmaq üçün mәnә tәrәf әyildi. Bu
zaman çiyni mәnә toxundu, әtirinin qoxusu üzümә vurdu.
– Deyәsәn, risk etmәk lazım gәlәcәk…
– Siz heç bir risk etmirsiniz, madam… – Birdәn-birә qorxdum
ki, fikrini dәyişәr.
– Siz tәlәbәsiniz?
– Yox.
– Mәzәli adamdır, elә deyilmi?
– Mәzәli? Nә mәnada?
Portye mәnә nifrәtlә baxırdı.
– Taksi sizi gözlәyir, madam.
Portye onu ötürmәk istәdi, ancaq o, vidalaşmaq üçün әlini
uzatdı.
– Lazım deyil… Zәhmәt çәkmәyin… Mәni müsyö ötürәr…
Hәlәlik, Jan…
Madam Blenlә hoteldәn çıxdıq. Hәlә şәr qarışmamışdı. Qar
yağmırdı. Onu gözlәyәn taksinin motoru uğuldayırdı.
– Bir daha buraya qayıtmayacağam, – o, mәhrәmanә sәslә
dedi. – Bu ev ürәyimi sıxır.
– Hansı ev?
– Öz evim.
O, qoluma girdi – hoteldәn yola aparan cığırı yumşaq qar
basmışdı, ayaqlarımız qara batırdı.
O, taksi sürücüsündәn kağız vә qәlәm istәdi.
– Bu, Parisdәki ünvanım vә telefon nömrәmdir. Çamadanları
gәtirәndә zәng edәrsiniz… Mәn bu gün axşam artıq Parisdә
olacağam… Adınızı bilmәk olarmı?
– Jan Dekker. İki “k” var soyadımda…
   382   383   384   385   386   387   388   389   390   391   392