Page 382 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 382
Ïàòðèê Ìîäèàíî

yaxşı keçir, ancaq mәn quyunun dibinә enmәliyәm ki, onun qara
sularında әlhavasına bәzi şeylәri tapa bilim.

Bayıra çıxıb, Kursel küçәsi ilә addımlamağa başladım. Artıq
gün yandırırdı, amma onun istisi mәni yormaq vә üzmәk әvәzinә
daha da ruhlandırırdı. Osman bulvarının boş terrasında qәhvә
içdim. Xoşbәxtlikdәn, yaxınlıqda dәftәrxana lәvazimatları mağazası
gördüm. Üç dәst böyük formatlı poçt kağızı aldım. Bir dә qәlәm.
Adi göy flomaster.

“Paris, 9 iyul.
Əzizim Keti!
Sәnә zәng vurmaqdansa, yazmağı qәrara aldım. Bәlkә dә, bu
yaponla Parisdә görüşmәmәliydim… Ancaq görüş yalnız bәhanәydi
– mәn sadәcә uzun illәrdәn sonra bu şәhәrә qayıtmaq istәmişdim.
Mәnim üçün qiymәtli olan bu şәhәri son dәfә görmәk üçün…
Hәlә iki hәftә dә burada qalacağam. Parisin tәlatümә gәtirdiyi
hisslәrimi, hәyatda atdığım addımlarla bağlı bütün mәsәlәlәri
qәlәmә almalıyam. Əzizim Keti, narahat olma. Öpürәm. Uşaqları
mәnim әvәzimdәn öp. İrvin Şouya dost salamımı yetir. Sәni
sevirәm.
Embrouz”.
Mәnzilә qayıtdıqdan sonra qonaq otağındakı divana әylәşdim,
dizim üstә bir dәst kağız qoyub, yazmağa başladım. Balkonun
qapısını açıq qoymuşdum. Çox isti idi, ancaq bu, mәni narahat
etmirdi. Bütün hәqiqәti danışmağa qәrar vermişәmsә, keçmişә,
hәmin o uzaq illәrә qayıtmalıyam.

İngilis yazıçısı Embrouz Qayz olmamışdan, hәyata hambal
kimi qәdәm qoymuşdum. Hә. Yükdaşıyan, hambal kimi. Yazı-
çılığımı nәzәrә almasaq, mәn yalnız bu işdә işlәmişәm.

İyirmi yaşım vardı. Yuxarı Savoyadakı qış idman kurortunda
bir neçә gün qaldıqdan sonra istirahәtdәn yarımçıq qayıtmalı
   377   378   379   380   381   382   383   384   385   386   387