Page 377 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 377
Èòèðèëìèø äöíéà 377
– Demәli, bәxtiniz gәtirib. Sağlıqla qalın, miss Maynot.
– Sağlıqla qalın, ser.
Dәstәyi yerinә qoydum vә bu sadә jest mәni bir anlığa çaş-
baş saldı. Birdәn-birә mәnә elә gәldi ki, Klostersin şәfalı axşam
sәrinliyindәn uzaqdayam, hәrәkәtsiz isti suda çapalayıram.
Dosyeni boş-boşuna vәrәqlәdim – Jorj Mayonun ifadәsinin
protokolu yox idi. İyirmi birinci vәrәqdә onun haqqında “arayış”a
rast gәldim.
“9 iyul, 1965-ci il.
Mayo, Jorj-Lui, 21 iyul, 1920-ci ildә Parisdә (X dairә) doğulub;
15 sentyabr, 1935-ci il tarixindә Romada (İtaliya) doğulmuş
Mariya Covanna Pyestriylә 12 may, 1960-cı ildә Romada (İtaliya)
evlәnib.
1960-cı ildәn Ara Koeli, 5, Roma (İtaliya) ünvanında yaşayır.
Parisә şәxsi sәfәrlәri zamanı müsyö Mayo Truayon küçәsi, 1-
bis (XVII dairә) ünvanında yerlәşәn “Triumf” hotelindә qalır.
Müsyö Mayo 1941-ci ildә Parisdә kinoya çәkilmәyә başlamışdır.
Buna qәdәr Lacivәrd sahildә müxtәlif günәmuzd işlәr görürmüş.
Sonralar Fransada vә İtaliyada bir çox filmlәrә çәkilmiş, 50-ci
illәrdә kinonu tәrk etmişdir.
O vaxtdan bu yana antikvar mebel vә sәnәt әşyalarının
satışından әldә olunan gәlirlәrlә yaşayıb. İtaliyada arvadının külli
miqdarda var-dövlәti var.
Müsyö Mayo madam Karmen Blenlә 1945-ci ildәn tanışdır.
Madam Blen o vaxtlar Lüsyen Blenә әrә getmәmişdi vә soyadı
Şovyer idi.
O, madam Karmen Blenin I Albert xiyabandakı mәnzilinә
tez-tez gәlib-gedirmiş. Madam Karmen Blenin bütün tanışlarını
– Fukeni, Jan T.-ni, Mario P.-ni, madam Karveni, Filipp vә Mar-
tini Xeyuordları yaxından tanyırmış.