Page 376 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 376
Ïàòðèê Ìîäèàíî
Maşın sürәtlә yerindәn tәrpәndi. O, heç mәnim adımı vә dә-
qiq ünvanımı da soruşmadı.
Tağların altındakı kafe açıq idi. Barda oturdum. Sәhәr açılırdı,
bürkülü zәif duman artıq küçәni vә Tüilri bağını doldurmağa
başlayırdı. Susamışdım. Bir şüşә mineral su sifariş etdim.
Hәlә ki, yorğunluq hiss etmirdim. Mәn indi yolu başa vurmuş
vә daha vaqonun yırğalanmasını hiss etmәdiyinә görә tәәccüblәnәn
yolçuya oxşayırdım.
Hoteldә oturub, gözlәyirdm ki, saat on olsun, arvadıma zәng
edim. Ancaq pal-paltarlı uzandığım çarpayıda yuxu mәni tutdu.
Yalnız günortadan sonra ayıldım. Bәdәnim tәr içindәydi. Dәstәyi
götürüb, mәni Klostersdә 01-13-24 nömrәsi ilә birlәşdirmәyi
xahiş etdim. Miss Maynot cavab verdi.
– Uşaqlar analarıyla şәhәrә gәzmәyә çıxıblar.
– Hәr şey yaxşıdır?
– Hәr şey qaydasındadır. Uşaqlar sağ-salamatdırlar.
– Bәs arvadım?
– Madam özünü çox yaxşı hiss edir. Sözünüz varsa, deyin,
çatdırım…
– Ona deyin ki, bu axşam zәng edәcәyәm.
– Oldu, ser.
– Bilmirәm, onda mәnim qaldığım hotelin telefon nömrәsi
var, yoxsa yox, amma fәrq etmәz, özüm zәng edәcәyәm.
– Ser, sizә bildirmәk istәyirәm ki, uşaqlar daha axşam-axşam
televizora baxmırlar.
– Çox sevindim.
– Mәn dә.
– Oralarda hava necәdir?
– Hava günәşlidir.
– Çox isti deyil?
– Yox, yox… çox gözәl havadır.