Page 380 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 380
Ïàòðèê Ìîäèàíî
– Yığdığınız nömrәnin abunә müddәti bitmişdir.
Əlbәttә, aşağı düşüb, bәstәboy gonbul kişidәn yenә Tentenin
indiki nömrәsini istәyә bilәrdim. Bәs o, mәni söyüb-yamanlasa,
çәkiliş qrupundan kimisә kömәyә çağırsa necә? Bryunel küçәsi
5 bis-ә dә getmәk olardı. Amma bilirdim ki, bunların heç birini
edәn deyilәm, belәcә oturub, dayanmadan “Yığdığınız nömrәnin
abunә müddәti bitmişdir” sözlәrini tәkrarlayan sakit-soyuq qadın
sәsini dinlәyәcәyәm.
Mәnim kimisinә bu cür sözlәri eşitmәk lazımdır. Onlar fan-
taziyaya tәkan verir.
Lampanı söndürüb, qonaq otağındakı divana uzandım. Hәrdәn
Kursel küçәsinin işıqforunda tormozlayan vә az keçmiş yerindәn
götürülәn maşınların sәsi gәlirdi. Bundan sonra yenә dә hәr yan
sükuta qәrq olurdu. Bir vaxtlar “Triumf” hotelinin nömrәsindә
olduğu kimi, tavandakı kölgәlәri seyr edirdim. Onda mәnim
iyirmi yaşım vardı, gözlәrimi geniş açıb uzanmışdım vә gәlәcәk
hәyatım barәdә düşünürdüm. Sonralar Xammersmitdәki kiçik
otağımda ilk kitabımı yazarkәn dә, tavanda buna bәnzәr kölgәlәr
oynaşırdı. Bu gecә gözümә yuxu getmәyәcәk. Çox istidir, bir
tәrәfdәn dә Parisin sәssizliyi… Gözlәrimi yuman kimi qarşımda
hәmin ağ maşını görürәm. Qaranlıq küçәlәrin vә fasadların
fonunda dümağ rәngilә seçilәn maşını.
Bir azdan sәhәr açılacaq. Gün işığı tavandakı kölgәlәri qo-
vandan sonra yüngüllәşәcәyәm. Budur, günәşin ilk şüaları parketin
vә Rokruanın rәflәrindәki kitabların üstünә düşür. Gün işığında
xәfifcә parıldayan kitab sıraları adamı sakitlәşdirir. Pәncәrәdәn
görünәn paqodanın göyümsov dumana bürünmüş silueti göz
oxşayır. Bir dә iyul sәhәrindә Paris. Bәli, bir az yüngüllәşdim.
Artıq nә edәcәyimi dә bilirәm. Bu niyә әvvәldәn ağlıma gәlmәyib?