Page 381 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 381
Èòèðèëìèø äöíéà 381
İndi Rokruanın mәnzilindә oturub, Klostersdәki 01-13-24
nömrәsini yığmaq mәnә çox adi gәlirdi. Baxmayaraq ki, artıq
keçmişdә qalmış hәyatımın xeyli hissәsi bu mәnzillә bağlı idi.
Qәribә bir yüngüllük hiss edirdim. Sәhәr-sәhәr yataq otağını
dolduran günәş işığındandımı? Yoxsa, artıq qәrar verdiyimә
görәydi? Bәlkә, keçmişlә gәlәcәk bir-birinә qarışıb? Mәgәr insan
hәyatının ilk baxışda bir-birinә bәnzәmәyәn hadisәlәrini hansısa
gizli bağ vә ya әn adi qoxu birlәşdirә bilmәzmi?
– Madam yatır.
Miss Maynotun yuxulu sәsini tanıdım.
– Sizi oyatdımmı, miss?
– Yox… yox… ser, yatmırdım.
– Uşaqlar necәdir?
– Hәr şey yaxşıdır, ser. Özlәrini yaxşı hiss edirlәr.
– Bәs arvadım?
– Hәmişәki kimi, Klostersdәn mәmnundur.
– Darıxmır ki?
– Yox…yox… Öz dostları ilә görüşür. Hamısı buraya yığışıb.
Bu gün mister İrvin Şou bizdә nahar edәcәk.
– Salam deyәrsiniz.
Şou dost olduğum yeganә qәlәm adamı idi.
– Arvadıma deyin ki, hәlә bir-iki hәftә Parisdә qalacağam.
Mәktubda hәr şeyi izah edәrәm.
– Çox heyif, ser. Klostersdә gözәl hava var… Uşaqlar da si-
zinçün darıxırlar.
– Narahat olmayın, iki hәftәyә gәlirәm.
– Mәn narahat olmuram, ser…
Qita Vatyenin otağından çıxarkәn güzgüdә öz sir-sifәtimә
diqqәt yetirdim. Çoxdandır, üzümü qırxmırdım. Bu günlәrdә ev-
siz-eşiksiz sәrsәriyә oxşasam da, eybi yoxdur. Klostersdә havalar