Page 386 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 386
Ïàòðèê Ìîäèàíî

– Sözlәri bu qәdәr sәlis vә aydın ifadә etdiyimә özüm dә
tәәccüblәnirdim. – Sizә kömәyim dәyәrsә…

O, fәnәri baryerin üstündәn götürüb, üzümә tutdu.
– Amma biz sizinlә tanış deyilik…
Fәnәrin işığı gözümü qamaşdırsa da, üzümü yana çevirmәdim.
– Mәn sabah Parisә qayıdıram… İstәrsәnizsә, sizin çamadanları
da götürә bilәrәm… – Yenә dә bu cür ürәkli-ürәkli danışmağıma
tәәccüblәndim, sanki danışan mәn deyildim.
– Siz mәnim çamadanlarımı Parisә aparmağa razısınız? –
madam Blen yumşaq sәslә soruşdu.
– Əlbәttә, madam.
– Axı mәnim ona yaxın çamadanım var… Siz qatarla
gedәcәksiniz?
– Hә, gecә qatarıyla.
– Sizin yanınızdakı kupeni baqaj üçün bron elәyә bilәrәm, –
portye tәklif etdi. – Qatarınız saat neçәdә yola düşür, müsyö?
– Sabah axşam saat altıda.
Portye kağız parçasına nәsә qeyd elәdi.
– Neçәnci dәrәcәli kupedir.
– İkinci.
– Birinci dәrәcәli kupedә getsәydiniz, daha yaxşı olardı,
müsyö. Madam Blenin baqajı üçün birinci dәrәcәli kupeni tutmaq
daha asan olardı.
– Necә istәrsәniz.
Madam Blen üçün hәr şeyә getmәyә hazır idim.
– Siz çamadanları mәnim Parisdәki mәnzilimәcәn apara
bilәrsiniz?
– Əlbәttә… Bundan asan nә var…
– Jan, necә bilirsiniz, ona inanmaq olarmı?
Portye soyuq baxışlarla mәni başdan-ayağa süzdü vә heç nә
demәdi.
   381   382   383   384   385   386   387   388   389   390   391