Page 389 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 389
Èòèðèëìèø äöíéà 389

O, oğrun-oğrun sağa-sola göz gәzdirdi. Yәqin, kiminsә onu
eşidә bilәcәyindәn qorxurdu.

– Madamı çox istәyirәm, – sәsini aşağı salıb dedi. – Çox…
Blen ölәndәn sonra o, bütün varidatını külәyә verdi… Onun
günahı yoxdur… Atlarla mәşğul olmaq onluq deyil… Elә başqa
işlәrlә dә… Hәr dәfә düşünәndә ki, Varavil artıq yoxdur, mәnsә
bu dağlarda portye işlәyirәm… Amma ona acığım tutmur…

Onun qırışmış dәrisi hәyәcandanmı, hirsdәnmi, birdәn-birә
kәrpic rәngi aldı. Kәdәrli xatirәlәrlә baş-başa qalıb, üzülmәsin
deyә, ona başqa suallar vermәdim. O, qamәtini düzәldib, dәrindәn
ah çәkdi.

– Demәli, mәn madam Blenin çamadanları üçün kupe, sizin
üçün isә yataq vaqonu bron edirәm, hә? Sabah axşam yola düşәn
qatarda. Elәdirmi, müsyö?

– Hә… amma… mәnim pulum çatmayacaq…
– Narahat olmayın, müsyö… Madam Blen bunu hәll edәr. –
Birdәn-birә onun sәs tonu sәrtlәşdi, vәzifәsinә uyğun nәzakәtli-
soyuq çalarlar aldı.
Qapının önündә yük maşını dayandı. Yaşıl brezentli kiçik yük
maşını idi. Sürücü maşının basamağında oturub, xeyli gözlәmәli
oldu.
– Madam Blenin çamadanlarının hamısını götürmüsәn? –
Portye soruşdu.
– Yoxla, qoca… yoxla, – qıvırcıq saçlı sarışın sürücü köhnә
mәşqçi әdasıyla dedi.
Portye cibindәn bir vәrәq çıxardı vә mәnә sarı çevrildi.
– O, sәhәr-sәhәr zәng elәyib, çamadanlarının siyahısını ver-
di… Əvvәlcә evdәn götürdüklәrimә baxaq…
O, fәnәrin işığını maşının yük yerinә yönәltdi.
– …sandıqça … qәhvәyi rәngli dәri sakvoyaj… timsah dәri-
sindәn iki çamadan… dörd әdәd ağ çamadan… şlyapa kartonu…
– O, dediklәrini tez-tez әlindәki siyahı ilә tutuşdururdu.
   384   385   386   387   388   389   390   391   392   393   394