Page 385 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 385
Èòèðèëìèø äöíéà 385

vә kommador Druyi kimi adamların adları hәkk olunmuşdu.
Kitabın fәsillәrindәn birindә Lüsyen Blendәn danışılırdı. Onun
uzaq әyalәt qәsәbәsindә dünyaya gәlmәsindәn tutmuş, Parisdә
mәskunlaşması vә sürәtlә varlanması haqqında bir hekayәt idi.
Çoxsaylı hotellәr, teatr zalları, Varevildә at tәsәrrüfatı… Bunların
hamısının sahibi o idi. Müharibә qurtaran kimi qızı yerindә olan
bir xanımla evlәnmişdi. Burada bir fotoşәkil dә vardı: madam
Lüsyenin lap cavan vaxtlarıdır, saçları da indiki kimi sarışındır; o,
öz әri ilә indicә yarışı udmuş jokeyin arasında dayanıb. Blen
Varavil yolunda qәzaya düşüb, hәlak olmuşdu… Bu mәtnin müәl-
lifi macәra romanlarındakı ibarәlәrdәn gen-bol istifadә edirdi:
“Lüsyen Blen hәyatının yolayrıcına gәlmişdi. İndi o, hansı yolu
seçәcәk, yaxud: “Sevgi Lüsyen Bleninin bütün varlığını çulğamışdı”,
vә ya: “Bu, sizin son sözünüzdürmü, Lüsyen Blen?” – Hә, heç
vaxt sözümdәn qaçmıram Val-de-Qrasda özümü o qәdәr pis hiss
edirdim ki, yaxşı әdәbiyyatı oxumağa halım yox idi.

– Madam, taksi iyirmi beş dәqiqәdәn sonra gәlәcәk.
– Bәs Cenevrәyә nә qәdәr yoldur?
– Bir saatlıq yoldur… Narahat olmağa dәymәz… Parisә uçan
tәyyarә on birә on dәqiqә işlәmiş yola düşür.
– Yaxşı, bәs mәnim çamadanlarım necә olacaq?.. Sizdәn
cavab gözlәyirәm…
– Siz mәni pis vәziyyәtdә qoyursunuz, madam Blen.
O, öz çaşqınlığını gizlәtmәk üçün baryerin üstündәki fәnәri
yandırıb-söndürürdü… Mәn isә… Yәqin ki, işıqlar sönmәsәydi…
Alaqaranlıq çox şeyi sadәlәşdirirdi.
Portyenin yanına gәlib, madam Blenә tәrәf әyildim.
– Madam…
O, mәnә sarı çevrildi. Portye başını qaldırdı.
– Söhbәtinizә müdaxilә etdiyimә görә üzr istәyirәm… amma
mәnә elә gәldi ki, siz çamadanlarınıza görә narahat olursunuz…
   380   381   382   383   384   385   386   387   388   389   390