Page 379 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 379
Èòèðèëìèø äöíéà 379

kişi yanından ötәn hәr kәsi haylayır, çağırır, kiminә әmr edir,
kiminә mәslәhәt verirdi.

Ehmalca kişinin çiyninә toxundum:
– Tenten Karpantyeri haradadır, bilmirsiniz?
– Karpantyeri? Üç gündür gözә dәymir.
– Niyә?
– Özündәn soruşun!
– Elә bilirdim, o, hәr gün işlәyir…
– Eh, sәfeh adamam dә… Ona kömәk әlimi uzatdım, o isә…
Hәr şey aydındır… Tenten kimilәrә inanmaq, güvәnmәk olmaz…
Tәәccüblә onun üzünә zillәndim. Ondan hündür idim deyә
(mәnim sinәmdәn idi) o, әlverişli mәsafәdәn hәqarәtlә mәnә
baxmaq üçün geriyә çәkildi.
– Karpantyerinin dostusunuzsa, mәnim adımdan ona çatdırın
ki, onun işi bitib… o özünü yandırdı… artıq ona iş verәn olma-
yacaq. Onun reklamı ilә özüm mәşğul olacağam…
– Onun telefon nömrәsini verәrsinizmi?
– Soraq kitabçasında axtarın…
Artıq israr etmәyә dәymәzdi. Bәstәboy kişi әlini yellәyib, öz
işiylә mәşğul olmağa başladı.
Kursel küçәsini keçib, Qita Vatyenin mәnzilinә qalxdım.
Onun dediyi kimi mәnzilin işığını söndürmәmişdim, pәncәrәni
dә açıq qoymuşdum. Əvvәlcә mәnә mağara kimi sәrin gәlәn
mәnzil artıq yavaş-yavaş isinirdi. Soraq kitabçasını axtara-axtara
bütün otaqları әlәk-vәlәk elәdim, axırda onu Rokruanın arxivinin
saxlandığı otaqdan tapdım.
Karpantyeri Rober, Bryunel küçәsi, 5 bis. – 762-32-49. Dos-
yedә dә hәmin ünvan göstәrilmişdi. Bütün Parisdә isә, heç şüb-
hәsiz, yalnız bir Rober Karpantyeri vardı.
Nömrәni yığdım. Çıqqıltı. Aeroportlarda elan oxuyan qadın
sәsi:
   374   375   376   377   378   379   380   381   382   383   384