Page 416 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 416
Ïàòðèê Ìîäèàíî
qәrar verirdi, Mayoya sadәcә maşını onların arxasınca sürmәk
qalırdı. Qırmızı işıqda dayanarkәn, maşınlarımız qoşalaşırdı vә
bu zaman Karmen әliylә mәnә gizlin işarәlәr verirdi.
Şam yemәyindәn sonra kafelәri dolaşıb, hәrәsindә bir qәdәh
içki içirdik. Bunu da Xeyuordların öhdәsinә buraxmışdıq. Biz
sadәcә onların ardınca gedirdik. Parisin küçәlәri. Yaşıl işıq. Qırmızı
işıq. Karmenin güclә sezilәn әl işarәlәri. Gecә gecәdәn keçәndәn
sonra bu işarәlәr mәnә imdad çağırışları kimi gәlirdi. Az qalırdım,
Karmeni Xeyuordların maşınından götürüb, uzaqlara qaçıram.
– Necә bilirsiniz, haçan gedib yata bilәrik? – Qita soruşurdu.
Qitayla mәn hәmişә arxa oturacağa әylәşәrdik.
– Karmendәn ayıbdır, kompaniyanı pozmayaq, – Rokrua
deyәrdi.
Hәrdәn Mayo öz italyan arvadını da Parisә gәtirirdi. Yeri
gәlmişkәn, arvadı özündәn xeyli cavan idi. Gecәlәr o da bizimlә
dolaşmalı olurdu, amma Qita kimi o da tezliklә bezirdi.
– Mәn hotelә qayıda bilәrәmmi, Jorj? – O, çәkinә-çәkinә
soruşurdu.
– Əlbәttә, әzizim… әlbәttә…
– Buna öyrәşmәmişәm… Ayaq üstәcә yatıram… Dostlarından
mәnim әvәzimә üzr istәyәrsәn.
O, yaxşı tәhsil görmüşdü vә fransızca çox gözәl danışırdı.
Rokruanın dediyinә görә o, Romanın adlı-sanlı nәsillәrindәn idi,
on doqquz yaşında ilk baxışdan Mayoya aşiq olubmuş.
– Sәni hotelә aparımmı, әzizim? – Mayo soruşardı.
Bu zaman Qita da ürәklәnәrdi.
– Mәn dә yorulmuşam. Artıq dözә bilmirәm…
– Yaxşı… Onda qayıt evә, – Rokrua deyәrdi.
– Bizi ilk rastımıza çıxan taksi dayanacağında düşürün, –
Qita xahiş edәrdi. – Mәn Drisi hotelә ötürәrәm.
Mayo maşını saxlayardı vә onları düşürәrdik. Sonra Mayo
Xeyuordların maşınına çatmaq üçün sürәt yığardı, işıqforun