Page 417 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 417
Èòèðèëìèø äöíéà 417

qırmızı işığında belә dayanmazdı. Ürәyim bәrk-bәrk döyünәrdi.
Bәlkә, onlar qәsdәn bizdәn uzaqlaşmağa çalışırlar? Qorxurdum
ki, Karmeni bir daha görmәyә bilәrәm.

– Heylәri qalmayıb, – Mayo deyirdi. – Bәs siz, Jan? Yaxşısı-
nızmı? Bәlkә sizi dә düşürәk?

O, zarafatyana mәnә sataşırdı, Karmeni sevdiyimi hiss edirdi.
– Hә…, – Rokrua ah çәkәrdi, – indi biz sonuncu kareyik
(düşmәnin hücumunu dörd tәrәfdәn dәf etmәk üçün piyada
qoşunun dördbucaq şәklindә düzülmәsi).
Deyәsәn, o, Mayo ilә birgә “sonuncu kare”yә daxil olmasını
artıq sinirmişdi. Xeyuordun maşını irәlidә bizә yol göstәrirdi.
Yaşıl işıq. Qırmızı işıq.
Mәn әliylә gizli işarәlәr edәn, bәlkә dә kömәyә çağıran qadına
vurulmuşdum. Ancaq “sonuncu kare” deyәrkәn Rokruanın nәyi
nәzәrdә tutduğunu hәlә dә başa düşmürdüm.

3

Nә Xeyuordlar, Rokrua, Qita, nә dә Jorj Mayo gәlmәdiyi ax-
şamlarda mәn tәk gözlәyirdim. Əvvәlcә hәlә işıqlı sәmanın fo-
nunda ağacların vә Eyfel qüllәsinin siluetini, bağın hasarını gör-
mәk olurdu, sonra qaranlıq düşürdü. Karmen oyanan kimi radionu
yandırırdı – tәkmillәşdirilmiş akustika sisteminin sayәsindә musiqi
mәnzilin hәr tәrәfinә yayılırdı. Ağ hamam xalatı geymiş Karmen
qonaq otağına gәlib, divana uzanardı. Onu gözlәyәndә işığı
yandırmırdım. Yumşaq ayaqqabılar geyәn keçmiş çapar qonaq
otağına girsәydi işığı yandırardı, amma o, giriş qapısını açıb,
mәni içәriyә ötürәndәn sonra çıxıb gedirdi. Odur ki, qonaq
otağını tapana kimi istifadәsiz qalmış otaqların anfiladasında
ora-bura dolaşmalı olurdum.

Caz melodiyaları, rumbalar, operettalar, “Arlekinin milyonları”…
Axşamlar hava yaxşı olanda onunla bağın girәcәyindәki pillәdә
   412   413   414   415   416   417   418   419   420   421   422