Page 92 - Patriarxın payızı
P. 92

sirlәrini öyrәtmәyә çalışır, dağ büllurundan press-papye,
               cürbәcür astronomik, tibbi cihazlar, manometrlәr,
               metronomlar bağışlayırdı... Bu cihazları o harada görsә
               alır, anasının deyintisini qulaqardına vurub simicliyini
               unudur, pullarını zibil kimi çölә tökürdü… dәrin
               vәtәnpәrvәrlik hissiylә Manuela Sançesin qulağına
           QABRİEL QARSİA MARKES  balıqqulağı qoymağı özünә xoşbәxtlik sanırdı… kibriti
               içindәn dәniz sәsi әvәzinә hәrbi marşlar eşidilәn


               yandırıb divar termometrinin altına tuturdu ki, qız civәnin
               min bir çәtinliklә yerindәn oynayıb yuxarı dırmandığını
               öz gözlәriylә görsün... vә bütün bunlara görә Manueladan
               heç nә istәmirdi, ona öz niyyәtini bildirmәdәn, dinmәz-
               söylәmәz baxır, qızı ağlasığmaz hәdiyyәlәrә qәrq edir,
               sözlә deyә bilmәdiyini bәxşişlә bildirmәyә çalışırdı…
               Axı o, ömrü uzunu bütün arzularını belәcә, yәni görünәn,
               әlә gәlәn, konkret maddi nәticә fәlsәfәsiylә hәyata
               keçirmәyә alışmışdı! Bir dәfә isә – Manuela Sançesin
               doğum günü ona pәncәrәni açmağı, pәncәrәdәn
               görünәnlәrә baxmağı tәklif elәmişdi ki, qızın könlü
               pәrvazlansın… “…Pәncәrәni açdım, senyor vә dәhşәtdәn
               yerimdәcә donuxub qaldım… Bunlar mәnim bәdbәxt
               mәhәllәmi nә günә qoymuşdular?! Mәn tәlәm-tәlәsik
               tikilib әhәnglә ağardılmış taxta evlәri, fәvvarәlәri
               hәrlәnәn süni gölmәçәlәri, süni tovuz quşlarını, tüstüdәn
               düzәldilmiş süni buludları gördüm, senyor… siz bir
               tәsәvvür edin...” Bu nә vaxtsa dәniz donanmasının
               zabitlәri üçün tikilmiş miskin әyalәt mәrkәzini xatırladan
               әcaib bir yer idi... vә bütün bu işlәr, sәn demә, gecәlәr –
               hamı yatandan sonra, gizlincә görülmüşdü: sәs-küy
               olmasın deyә mәhәllәnin it-pişiyi bircә-bircә güllәlәnir,
               sakinlәr evlәrindәn çıxarılıb ayrı xarabalıqlara köçürülür,
               sökülәnlәrin yerini ayrı tikililәr әvәzlәyir, bir sözlә,
               tamam yeni bir mәhәllә – Manuela Sançes mәhәllәsi
          92   salınırdı... Mәhәllәnin bu mәnzәrәsini anadan olduğu gün
               Manuela evinin pәncәrәsindәn görmәliydi. “Budur, bax,
               kraliça, bax vә xoşbәxt ol!” Bu, bir növ, qızı hökmdarlıq
   87   88   89   90   91   92   93   94   95   96   97