Page 96 - Patriarxın payızı
P. 96

ayrı, yad bir yerdә hiss edirdi, çünki әtrafda nә vardısa,
               sökülüb yenidәn tikilmişdi, dәyişib başqa cildә salın -
               mışdı... o özü dә bilmәdәn taleyin qurduğu mәkrli tora
               düşmüş, ağlasığmaz hakimiyyәt qüdrәtinә malik qoca
               şorgözün әsirinә çevrilmişdi; ona “yox” demәyә cürәti
               çatmırdı, “hә” demәyә taqәti. Qoca isә öz miskin sev -
           QABRİEL QARSİA MARKES  ağ şlyapasıyla yellәyә-yellәyә, sәrxoş baxışlarla baxırdı.
               gisiylә onu qarabaqara izlәyir, qıza qan-tәr içindә, üzünü


               Son günlәr isә, ümumiyyәtlә, özünü elә itirmişdi ki,
               Manuela aradabir öz-özlüyündә: “Yәni bu, doğrudanmı
               odur?” düşünmәyә bilmirdi. “Bәlkә, mәni qara basır?”
               Lakin Manuelanı qara basmırdı, qocanın yerişini, meyvә
               şirәsi qatılmış suyu içmәyini, hәsir kresloda oturub
               mürgü vura-vura burnunun әlindә tutduğu stәkanın içinә
               girmәyini öz gözlәriylә görürdü; qocanın mürgüsü
               dәrinlәşәndә vә xoruldamağa başlayanda Manuela
               oturduğu yerdә dik atılır, onun әlindәn sürüşüb düşәn
               dolu stәkanı havadaca tutur: “Ehtiyatlı olun, zati-alilәri”
               deyәndә qoca hәmin dәqiqә yuxudan ayılır, Manuelanın
               yerә düşәn stәkanı havada tutmağına mәhәl qoymadan,
               üzü qorxudan әyilә-әyilә hәyәcanla: “Mәn yatmamışdım,
               kraliça! Qәtiyyәn yatmamışdım! Elә-belә, gözümü
               yummuşdum!” – deyә özünә bәraәt qazandırmağa çalı -
               şırdı; o, ümumiyyәtlә, Manuelanın incә bicliklәrini tuta
               bilmir, yaxınında olub nazıyla oynasa da, ondan üsulluca
               uzaqlaşdığını hiss elәmirdi. Hәr şey belәcә davam edirdi
               ki, günlәrin bir günü qoca ağlasığmaz dәrәcәdә ehtiraslı
               halda Manuelanın yanına gәlib: “Kraliça, bu gecә sәnә
               ağlına gәlmәyәn hәdiyyә edәcәyәm! Kosmik hәdiyyә!
               Bu gecә on ikiyә altı dәqiqә işlәmiş sәnin üçün göydә
               ulduz axacaq, kraliça! Tәk sәnin üçün!” – dedi. “Bu isә
               o demәk idi ki, kometa, deyәsәn, nәhayәt ki, yaxınlaşırdı;
               bizim üçünsә bu kometanın gәlişi dövrün әn kәdәrli, әn
          96   faciәli hadisәsi oldu, çünki uzun illәr camaat arasında
               belә bir şayiә gәzirdi ki, bizim generalın ömrü adi Yer
               vaxtına tabe deyil, birbaşa kometanın gәlişi ilә bağlıdı,
   91   92   93   94   95   96   97   98   99   100   101