Page 100 - Patriarxın payızı
P. 100

qaranlıqda ona toxunmağa çalışdı, lakin әli boşluqdan
               asılı qaldı… barmaqlarının ucu Manuelanın indicә
               oturduğu stula toxundu… stul hәlә dә Manuelanın
               qoxusunu özündә saxlamışdı, qız özü isә yoxa
               çıxmışdı… o, bütün evi gәzib-dolaşdı, әlini divarlara,
               künclәrә sürtә-sürtә yanıqlı yalvarışla: “Hardasan, ey
           QABRİEL QARSİA MARKES  axtarıram, amma sәni sәnin qaranlığında tapa bilmirәm.
               mәnim bәdbәxtliyim, Manuela Sançes?.. Mәn sәni


               Hanı sәnin o qәddar әlin? Qızılgülün hanı?..” – deyә-deyә
               yuxulu gözlәriylә qızı qaranlığın içindә axtardı... o,
               qaranlığın içiylә, dәrin sularda azan üzgüçü kimi, illüziya
               fokuslarına yararlı lәvazimatlara – әfsanәvi lanqust-
               qalvanometrә, әlәkeçmәz mәkan daşlarından zәngli
               saata, әcaib xәrçәnglәrә toxuna-toxuna üzür, bu qaranlıq
               sularda – hәdiyyәlәr anbarına çevirdiyi bu evdә bircә
               Manuelanı tapmır, onun sәhlәb çiçәyi qoxusunu andıran
               nәfәsini duya bilmir, süni gecәnin qaranlığı getdikcә
               әriyib itir, qәddar işıq onun xәyallarını seyrәldib
               dağıdırdı... Axşama yaxın isә, saat altıda onu ömründә
               heç vaxt duymadığı dәrin kәdәr hissi bürüdü… o,
               qәfildәn özünü Allahdan da qoca hiss etdi... bu nәhәng,
               boş evin qaranlığında baş qaldıran bu möhtәşәm tәnhalığı
               ondan savayı, olsun ki, bu dünyada bir kimsә duya
               bilmәzdi... “Mәnim kraliçam, sәnsiz dünyamın tәnhalığı
               bu sirli qaranlığın içindә әriyib әbәdiyyәtә qovuşdu!..”
               Hәmin hadisәdәn sonra o, ölkәni dә uzun müddәt belәcә –
               Manuela Sançesi evin gizli dәhlizlәrindә: “Hardasan, ey
               mәnim mәhvimin Manuelası?” – deyib axtara-axtara
               idarә elәdi... Manuela Sançes isә hәmin o gecә, günün
               üzü tutulandan bәri sanki qeybә çәkilmişdi… Bir gün ona
               belә bir xәbәr çatdırılırdı ki, Puerto-Rikodakı böyük kar-
               navalda Manuelanı görәn olub, guya qız orada özünü Ye-
               lena kimi tәqdim edib vә elә karnavalda da kimsә onu
         100   bıçaqlayıb… bir qәdәr sonra mәlum olurdu ki, bu,
               Manuela deyilmiş... gah xәbәr gәlirdi ki, rumbanın
   95   96   97   98   99   100   101   102   103   104   105