Page 103 - Patriarxın payızı
P. 103
PATRİARXIN PAYIZI
verirdi, hәm dә ona görә ki, mәni görcәk qәfәsdәki
quşların nәdәnsә susduğundan möhkәm dilxor olduğunu
bildirdi; halbuki quşlar hәmin an nәfәs dәrmәdәn cәh-
cәhlә oxumağındaydılar, elә oxuyurdular, adama elә
gәlirdi, sübhün erkәn çağında baltadәymәmiş meşәdәsәn.
O, etimadnamәlәrin tәqdimatı mәrasimini qәfildәn yarıda
kәsib, ovuclarını qulaqlarına aparıb başıyla arxanı – o
üzündә bir vaxtlar dәnizin çalxalandığı, indi isә tozlu
düzәnliyin uzandığı pәncәrәni göstәrib, mәni nәdәnsә
Stitson zәnn edәrәk üzü işıqlana-işıqlana var gücüylә:
“Eşidirsәn, әziz Stitson? Qatır ayaqlarının tappıltısıdır!
Onlar bura qaçırlar, çünki dәniz qayıdır! Eşidirsәni?!” –
deyә bağırdı… İnanmaq olmurdu ki, hay-hayı gedib vay-
vayı qalan bu qoca nә vaxtsa federalistlәrin cәsur başçısı,
xalqın sevimlisi olub, hakimiyyәtinin ilk illәrindә
mühafizәsiz-filansız, bircә maçete ilә silahlanmış vur-tut
1
bircә quahironun , bir dә mәdәsinin vәziyyәtindәn asılı
olaraq barmağının bircә işarәsiylә tәyin elәdiyi millәt
vәkillәri vә senatorlardan ibarәt bir ovuc mәiyyәtin
müşayiәti ilә qәfildәn şәhәrlәrdә, kәndlәrdә peyda olmağı
xoşlayıb, hansısa kәndә girәrәk mәhsulun vәziyyәti, mal-
qaranın sağlamlığı, hәr kәndlinin şәxsi hәyatı ilә
maraqlanıb. Adәtәn, camaatla kәnd meydanında, manqo
ağaclarının kölgәsindә – yellәnәn-kreslosunda әylәşәrәk
üzünü general furajkasıyla yox, hәmin vaxtlar geydiyi adi
kepkayla yelpiklәyә-yelpiklәyә söhbәt edәndә adama elә
gәlirdi ki, ara-sıra o, bürküdәn üzülmüş halda mürgülәyir,
deyilәnlәri qulaqardına vurur, yaxud heç eşitmir. Əslindә
isә kәndlilәrin – kişi vә qadınların dediklәrini son
kәlmәsinәcәn eşidib yadında saxlayırdı; bu adamların hәr
birini adı vә soyadıyla tanıyır, millәtin bütün prob lem -
lәrini, ölkә әhalisinin bütöv siyahısını adbaad, minlәrlә
rәqәm vә işarәlәrlә birlikdә әzbәr bilirdi. “Xasinto
Morales, bәri gәl, – o mәni gözlәrini açmadan çağırdı. – 103
1 Quahiro – Qəraib adlarının tayfa təmsilçisi