Page 105 - Patriarxın payızı
P. 105
PATRİARXIN PAYIZI
mәişәt işiylә dövlәt әhәmiyyәtli işlәr arasında fәrq gör-
mürdü, hamısını eyni ciddilik vә inadkarlıqla hәll edir vә
sәmimi-qәlbdәn inanırdı ki, insanlara xoşbәxtlik bәxş
etmәk, ölümü isә fәrasәt vә fәhmin kömәyi ilә aldatmaq
olar. İndi isә bu, heysiz bir qoca idi! Halbuki bir vaxtlar
onun hökmü elә әzәmәtli vә kәsәrliydi ki, kimdәnsә saatı
soruşanda: “Saat neçәni әmr etsәniz, mәnim generalım!” –
cavabını alırdı vә hәqiqәtәn dә, günlәri, hәftәlәri könlü
istәdiyi kimi idarә edir, ona lazım vә sәrfәli olanda
gündüzlәri gecә, gecәlәri gündüz sanmağı әmr edirdi; o,
qәbul olunmuş әnәnәvi bayram günlәrinin tarixini dә
istәdiyi kimi dәyişdirir, tәqvimi elә tәrtib edirdi ki, onun
ölkәnin hansısa rayonuna gәlişi hansısa bayramla bir
vaxta düşsün, yәni özünü harasa mәhz bayrama çatdıra
bilsin; hәr yerdә dә onu kölgәsi – әli maçeteli ayaqyalın
hindu, qaragün senatorlar vә taxta qәfәslәrdә aparılan
döyüş xoruzları müşayiәt edirdi; o, tamaşaçılarla hansısa
xoruza görә ucadan mәrc gәlir, tәbil sәsini andıran әcaib
qәhqәhәsindәn qaleranın taxta meydançası titrәyirdi; bu
qәhqәhә musiqinin sәsini dә, göyә atılan fişәng parıltısını
da o sәbәbdәn batırırdı ki, biz hamımız onunla bir
qәhqәhә çәkmәli, o susub hәyәcanlananda iztirab içindә
susmalı, onun xoruzları bizim xoruzlara qalib gәlәndә bu
qәlәbәni sürәkli alqışlarla qarşılamalıydıq; xoruzlarımız
onun xoruzlarına basılmağa elә ustalıqla öyrәşmişdi ki,
bu savaşlarda, demәk olar, heç vaxt pәrtlik olmurdu;
yalnız bir dәfә Dionisio İquaranın qoçaq xoruzu qarşısı -
alınmaz sәrt hәmlәylә adlı-sanlı qonağın göyüm sov
xoruzunu altına basıb boğazını üzmüşdü; o vaxt hamımız
qorxudan yerimizdә donub-qalmışdıq, general isә ayağa
qalxıb Dionisioya tәrәf yönәlmiş vә onun әlini sıxaraq:
“Afәrin! – demişdi. – Əsl kişisәn!” Onda iş elә gәtirmişdi
ki, bu hadisә generalın kefinin yuxarı vaxtına tәsadüf
elәmişdi, ona görә dә Dionisionun xoruzunun әdәbsizliyi
ovqatını poza bilmәmişdi, әksinә, bu yeni növ hiss- 105
hәyәcana görә xoruzun sahibinә qәlbindә minnәtdarlıq
hissi yaranmışdı.