Page 109 - Patriarxın payızı
P. 109

PATRİARXIN PAYIZI

          uyarlıqdı?!” Uyarlıq tәkcә bununla bitmәdi, yuxu, bir
          növ, çin oldu, elә hәmin hәftә hәrbi qüvvәlәrin sәhlәn -
          karlığı, yaxud bilәrәkdәn yaxalarını kәnara çәkmәsi
          ucbatından quldurlar senata vә ali mәhkәmәyә hücum
          etdilәr, milli sәrvәtimizin – senatın altını üstünә çevir -
          dilәr… bir zamanlar müstәqillik uğrunda mübarizә nin
          fәdailәri hәmin o senatdan millәtimizin suverenliyini elan
          etmişdilәr... Senat yandırıldı, gecәyarısınadәk tüğyan
          edәn yanğının alovunu, bu dәhşәtli mәnzәrәni prezident
          iqamәtgahının balkonundan da aydınca görmәk olurdu.
          Yanğın bu tarixi binanın özülündәn belә әsәr-әlamәt
          saxlamadı, prezident isә kiminsә nәinki binanı, hәtta
          onun xatirәsini dә yaddaşlardan birdәfәlik silmәyә
          çalışdığından xәbәr tutanda zәrrә qәdәr dә mәyus olmadı;
          bizә vәd edildi ki, cinayәtkarlar mütlәq tapılacaq vә
          tezliklә eynilә Qәhrәmanlar Evi kimi bir bina ucaldı -
          lacaq; lakin cinayәtkarlar tapılmadı, senat binasının
          xarabalığı isә indi dә olduğu kimi qalmağındadır. Sena-
          torlara, ali әdalәt mәhkәmәsinin qulluqçularına gәldikdә
          isә… prezident öz yuxusunun bәd yozumunu heç dә on-
          lardan gizlәtmәk fikrindә deyildi, әksinә, bir vaxtlar yu -
          xu da aldığı xәbәrdarlıqla hәrәkәtlәrinә haqq qazandıraraq
          qanunvericilәri iti qovan kimi qovdu, köhnә respubli -
          kanın mәhkәmә aparatını büsbütün dağıtdı, senatorları,
          millәt vәkillәrini… ali mәhkәmә hakimlәrini isә (onlara
          artıq heç bir ehtiyacı yox idi, çünki hakimiyyәtinin qa-
          nuniliyinin tәsdiqinә lüzum görmürdü) mükafatlan -
          dırdı… pulu yağış kimi başlarına sәpәlәtdirdi, sonra isә
          bircә-bircә uzaq ölkәlәrә sәfir göndәrdi. Öz yanında
          yalnız bircә nәfәri – öz kölgәsini, әli maçeteli, ayağıyalın,
          qaraqabaq hindunu saxladı; hindu onu bir an belә tәk
          buraxmır, içәcәyi, yeyәcәyi hәr şeyi birinci özündә
          sınaqdan keçirir, bir kәsә müәyyәn olunmuş mәsafәdәn
          yaxına gәlmәyә imkan vermirdi.
             “Bu hindu, prezidentin yanımda olduğu saatlarda da   109
          qapının ağzını kәsdirib dayanırdı… Söhbәt gәzirdi ki,
          guya prezident mәnim oynaşımdır, әslindә isә yanıma
   104   105   106   107   108   109   110   111   112   113   114