Page 110 - Patriarxın payızı
P. 110

ayda iki dәfә kart falına baxdırmağa gәlirdi. Bu, uzun
               illәr belә davam edirdi. O vaxtlar o, hәlә özünü nә vaxtsa
               ölәcәk bәndә kimi hiss edirdi, bir qәdәr şübhә vә
               tәrәddüdlәr içindәydi, özü dә etiraf edirdi ki, o da sәhvә
               yol verә bilәr vә kart falına öz yabanı, fitri instinktindәn
               daha çox inanırdı.  Adәtәn, yanıma nәdәnsә qorxub-
           QABRİEL QARSİA MARKES  vәziyyәtdә gәlirdi; mәn onu ilk dәfә görәndә dә elә bu
               ürkәndә, canına xof dolanda, qorxudan qocalıb-qartımış


               vәziyyәtdәydi… içәri girib әllәrini – qurbağa qarnı kimi
               tarıma çәkilmiş hamar dәrili, yumru ovcunu mәnә
               uzatdı… mәn bu uzun ovsunçu-falçı ömrümdә hәlә o cür
               gö zәl әllәr görmәmişdim… heç sonralar da görmәdim!
               O, lal yalvarış vә ümidsizlik dolu gözlәrini üzümә dikib
               hәr iki әlini stolun üstünә qoydu… görürdüm axı içi gizli
               tәşvişdәn, özünә inamsızlıqdan necә doğranıb-tökülür…
               onu da görürdüm ki, daha ürәyindә bircә tikә dә arzu,
               ümid qalmayıb, bәdbinliyә qapılıb vә onda mәni onun
               әllәrindәn daha çox, hüdudsuz qüssәsi, yalqızlığı heyrәtә
               gәtirdi... mәn onun zavallı qәlbinә, şübhәlәrdәn üzülmüş
               qoca qәlbinә acıdım vә falına baxmağa başladım, amma
               onun taleyi, alın yazısı mәnim üçün anlaşılmaz, büsbütün
               qaranlıq qaldı... ovcundan da, ayrı fal üsullarıyla da heç
               nәyi oxumaq olmurdu… onun kartlara toxunmağıyla
               onlar rәngini dәyişib bataqlıq suyu kimi qapqara qaralır,
               fincanın dibinә çökәn qәhvә bulanıq mayeyә çevrilirdi.
               Şәxsiyyәti ilә dә bağlı heç bir üsulla heç nә öyrәnmәk
               mümkün olmurdu… amma qәribәdi ki, onun falında
               ünsiyyәtdә olduğu yaxın adamların taleyi apaydın oxu -
               nurdu… Mәn onun içdiyi qәhvәnin çöküntüsündә Ben -
               disyon Alvaradonu görә bildim vә prezidentә anasının lap
               qocalandan, karlaşmağa başlayandan sonra hansısa әcaib
               quşları necә rәnglәyәcәyini onun özünә dә göstәrdim, o
               isә: “Yazıq anam!” – deyib ah çәkdi. Növbәti dәfә falına
         110   baxanda şәhәrimizin qasırğadan necә dağılacağını gör -
               düm, qasırğa o qәdәr dәhşәtliydi ki, onun qadın adını
               xatırladan adı belә müdhiş mәsxәrә kimi sәslәnirdi… bir
   105   106   107   108   109   110   111   112   113   114   115