Page 115 - Patriarxın payızı
P. 115

PATRİARXIN PAYIZI

          bir ürәk kimi vurmağa başladı… heybәtli qoca isә ikicә
          addım lıqda dayanmışdı, gözü doymadan, qvineo
          meyvәlәrindәn basıb yeyir, qabıqlarını harasa arxaya
          tullayır, gözlәrini qırpmadan mәnә baxa-baxa ağacın
          bütün salxımlarının axırına çıxırdı… O, maral cәm -
          dәyinin böyründәn asılmış budağı tamam-kamal soyub
          qurtardı, yanındakı ayaqyalın hindusuna işarә verәrәk
          әrim Ponsio Dasaya: “Çıx çölә, dostumla bir az söhbәt
          elә, sәninlә bir mәsәlәni yoluna qoymalıdı!” – dedi. Mәn
          qorxudan titrәtsәm dә, başa düşürdüm ki, hәyatımı xilas
          etmәyin bircә çarәsi var – bu da onun mәnә qarşı bütün
          hәrәkәtlәrinә dözmәkdi; odur ki paltarımı soyunduranda
          özüm dә ona kömәk elәyirdim, yoxsa krujevaların içindә
          azıb-qalırdı, nәyi nә cür açmağın tәhәrini bilmirdi…
          iyrәnc iyindәn, otağa dolan üfunәtindәn az qala
          boğulurdum… axırda o, paltarımı әynimdәcә cırdı vә
          mәni vәhşi kimi sıxcalamağa, әlini hara gәldi atmağa
          başladı, mәnsә qeyri-ixtiyari düşünürdüm: “Pәrvәrdigara,
          bu gün sәhәrdәn başım marala elә qarışıb ki, qıçlarımın
          arasını yumağa da macalım olmayıb, rüsvayçılıqdı!”
          Nәhayәt, o öz istәyinә çatdı, ancaq bunu elә tәlәm-tәlәsik,
          elә naşıcasına etdi ki, elә bil әldәn düşmüş qoca, yaxud
          indiyәcәn qadın görmәmiş burnufırtıqlı yeniyetmәydi…
          öz acizliyindәn özü dә әmәlli-başlı pәrt olmuşdu, lap
          qurumsağa oxşayırdı… ağlayıb-sıtqayır, sidik kimi isti
          göz yaşları axıdırdı… sifәti elә kәdәrli, gözlәri elә
          qәmliydi ki, üzündәn elә yetimsayağı kimsәsizlik, yazıq
          yalqızlıq yağırdı ki, ona ürәyim ağrıdı… ona da, dün -
          yadakı bütün kişilәrә dә yazığım gәldi vә barmaq larımın
          ucuyla onun başını sığallamağa, tәsәlli vermәyә
          başladım: “Toxtayın, mәnim generalım, belә dilxor
          olmağa dәymәz. Hәyat hәlә irәlidәdir!” Hәmin o
          dәqiqәlәr әrim Ponsio Dasanı hindu bağın dәrinliyinә
          aparıb maçete ilә öldürmüşdü, әks tәqdirdә general      115
          barışmaz düşmәn qazana bilәrdi; hindu onu tikә-tikә
          doğramış, tikәlәri dә donuzlar daşıyıb aparmışdı, ona
   110   111   112   113   114   115   116   117   118   119   120