Page 118 - Patriarxın payızı
P. 118

gәtirәn yağışın zümzümәsi altında yuxuya getdi… amma
               ayıq yatdı… yuxunun dumanlı süzgәcindәn nә isә süzü -
               lüb şüuruna keçmәkdәydi… bunu hiss edincә yuxudan
               vahimә içindә oyanıb: “Kim var burada?” – deyә bağırdı.
               Bu onun öz ürәk döyüntüsü idi… canına vicvicә salan isә
               günün bu çağında banlamalı olan xoruzların nәdәnsә sus -
           QABRİEL QARSİA MARKES  gәmisinin onu aramla tәrk edib hansısa mәchul bir
               ması, banlamamasıydı… Susub sakitlәşdi, әmin-amanlıq


               körfәzdә qeyb olduğunu hiss etdi… dumana bürünmüş
               dәniz qәzәblә dalğalanır, kükrәyirdi… qurunun vә
               dәnizin bütün mәxluqatı – ölümü duymaq qabiliyyәti
               olan, kataklizmlәrin yaxınlaşdığını әn dәrin insan
               elmindәn daha tez tuta bilәn bütün canlılar dәhşәt içindә
               donub-qalmışdı… nәfәs almağa hava çatışmırdı… zaman
               dayanmışdı… İş bu yerә çatanda ayağa qalxdı, hiss etdi
               ki, ürәyi şişib vә hәr addımı atdıqca bir az da şişir…
               qulaq pәrdәlәri cırılır, burnundan odlu mayeyә bәnzәr nә
               isә axır… qana bulaşmış kitelinә baxıb: “Bu, ölümdü...” –
               düşündüsә dә, ona etiraz etdilәr: “Yox, mәnim gene ralım,
               bu, siklondur, qasırğadır”. Bu, bir vaxtlar vahid Qәraib
               sәltәnәtini ayrı-ayrı adalara parçalamış qasırğaların әn
               dağıdıcısı, әn dәhşәtlisiydi… belә bir fәlakәtin yaxın -
               laşdığını isә yalnız o öz ibtidai instinktiylә – itlәrin vә
               toyuqların tәşvişә düşmәsindәn xeyli qabaq duy muşdu;
               qasırğa elә qәfil başlamışdı ki, qarma-qarışıqlığın içindә
               ona ad tapmağa da macalları olma mışdı. Başlarını itirmiş
               zabitlәr qorxu içindә: “Bu hәr şeyin sonudur, mәnim
               generalım! Ölkә yerlә yeksan olur!” – deyirdilәr. O әmr
               verdi ki, bütün qapı vә pәn cәrәlәri bәrk-bәrk bağlasınlar,
               keşikçilәrә buyurdu ki, özlәrini dәhlizlәrdә oturduqları
               yerdә qayışla sarısınlar, tapşırdı ki, inәklәri vә toyuqları
               birinci mәrtәbәdәki otaqlara salıb orada saxlasınlar, bütün
               әşyaları olduğu yerlәrinә mismarlasınlar vә… de Armas
         118   meydanından başlamış әn ucqar guşәsinәdәk qorxu
               içindә susmuş bu әlәm sәltәnәti qasırğanın vahimәli
               çöhrәsi önündә lövbәr salmış gәmiyә çevrildi... Belә әmr
   113   114   115   116   117   118   119   120   121   122   123