Page 122 - Patriarxın payızı
P. 122
kresloda әylәşәrәk әlindә limonad dolu stәkan, gözlәrini
yumub nә haqdasa düşünә-düşünә anası Bendisyon Al-
varadonun balqabaqdan düzәldilmiş nimçәdә arıtladığı
qarğıdalı toxumlarının xışıltısını dinlәyirdi; qızmar
ilğımın titrәdiyi günortanın saat üç radәlәrindә anasını
seyr etmәyindәydi… Bendisyon Alvarado isә yan-yörә -
QABRİEL QARSİA MARKES hәrәkәtlәrlә qamarlayıb qoltuğuna sıxır, quşun boynunu
sindә hәrlәnәn toyuqlardan sayıqlığını itirәnini cәld
bir qәdәr nәvazişlә geriyә qanıraraq oğlunu dilә tuturdu
ki, bu gün saraya getmәyә tәlәsmәsin: “Bütün günü fikir
elәyirsәn, dilinә heç nә dәymir, axırda vәrәm tuta-
caqsan!” – deyir, qoltuğunda çapalayan toyuqla onu
tamaha sala-sala yalvarırdı ki, axşama qәdәr qalsın,
yaxşıca şam elәsin. O da axırda razılaşaraq: “Di bәsdi,
ay arvad, yaxşı, qalıram”, – deyirdi vә yellәnәn kreslo-
sunda aramla yellәnә-yellәnә, qazanda qaynayan toyuğun
zәrif әtrini ciyәrlәrinә çәkә-çәkә talelәrimizi düzüb-qoş -
mağa başlayırdı. Biz bilirdik ki, bu dünyada mövcud lu -
ğu muzun yeganә tәminatçısı odur, o var, öz ota ğın dadır,
vәba da, qasırğa da, hәtta zamanın özü dә onun önündә
acizdir, onun varlığı duyulmayan hәyatı tәsәvvürә
gәtirmәk mümkün olan mәsәlә deyildi… o bizim rifa -
hımız, bizim sәadәtimiz naminә dәrin qayğılara qәrq
olmuş Mәsihdi; bilirdik ki, heç vaxt ziyanımıza bir iş
görmәz, axı bizә nә lazım olduğunu da dәqiqdәn-dәqiq o
bilirdi vә mәhz elә buna görә indiyәcәn çәrxi-fәlәyin
gәrdişinә tab gәtirә bilmişdi; onun ölçü meyarı biz idik,
bәli, bizә nәyin gәrәk olub-olmadığı mәhz ona mәlum
idi; nәyin sәrfәli, nәyin sәrfәsiz olduğunu hamımızdan
yaxşı o bilirdi. Ölkәnin uzaq şәrq sәrhәdinә – üzәrindә
vәtәnin әrazi bütövlüyü uğrunda hәlak olmuş sonuncu
әsgәrin adı, doğum vә ölüm tarixi hәkk edilmiş tarixi
daşın olduğu yerә sәfәrdәn sonra onun bu biliyi bir az da
122 möhkәmlәnmişdi… – “Ana, axır ki, gedib oralara çıxa
bildim!” Hәmin o yerә çatanda o, dincini almaqdan ötrü
bu tarixi daşın üstündә oturmuşdu vә sәrhәdin o biri