Page 125 - Patriarxın payızı
P. 125
PATRİARXIN PAYIZI
kәdәrli tәbәssümlә söylәmişdi: “Sarsaqlama, bala, yer
üzündә bir vәtәn var – hәyat!” Vә sol yumruğunu açıb
ovcundakı şüşә kürәciyi ona göstәrmişdi: “Bax, bunu
görürsәn? Bu ya var, ya yoxdu vә bu әşya kimdәdirsә,
sahibi dә hәmin adamdır, oğlan! Hәyat-vәtәn mәsәlәsi dә
belә bir şeydi!” Qoca bu sözlәri qonağı kabinetindәn
çıxara-çıxara, әliylә onun kürәyinә astaca vura-vura
söylәmişdi vә onu heç bir şey – çürük qoz belә vәd
etmәdәn yola salmışdı, әcnәbi gәncin ardınca qapını
örtәn yavәrinә isә: “Bu uşağa dәymәyin, aydındır? Heç
izlәmәyin dә… boş vaxt itkisi olacaq. Tәhlükәli adam
deyil, әlindәn dә heç nә gәlmir, boş-boşuna xoruzlanır,
beçә kimi lәlәklәrinin dibi gicişir”. Çox illәrdәn sonra
qasırğanın ötüşmәsi münasibәtilә siyasi dustaqlara am-
nistiya, sürgün edilәnlәrә (beyni olanlardan savayı)
vәtәnә qayıtmaq icazәsi verilәn zaman da o buna bәnzәr
fikir söylәmişdi: “Bu adamlara heç vaxt vәtәnә qayıt -
mağa imkan vermәrәm, cins xoruz tüklәnәndә lәlәk -
lәrinin dibi gicişdiyi kimi, bunlar da belә gicişirlәr. Özlәri
dә heç nәyә yaramırlar, inandırıram sizi ki, siyasәt -
çilәrdәn vә keşişlәrdәn dә iyrәncdilәr. Qalanları isә qoy
qayıtsın… hamı – dәrisinin rәngindәn asılı olmayaraq…
ölkә quruculuğu onları bir cәrgәdә birlәşdirә bilәr!”
Hakimiyyәt, әvvәlki kimi, tamam-kamal әlindә idi –
hәrbi qüvvәlәr onu sözsüz dәstәklәyirdilәr, әlәlxüsus
әrzaq vә dәrman partiyalarını, sosial tәminat fondundan
daxil olan vәsaitlәri – bir sözlә, tәbii fәlakәtdәn zәrәrçә -
kәnlәrә yardım mәqsәdilә xaricdәn göndәrilәnlәrin
hamısını ali komandanlığın arasında bölüşdürdükdәn
sonra hәrbi qüvvәlәr onun hәr әmrinә müntәzir idi;
nazirlәri onun bir sözünü iki elәmirdi, çünki istirahәt
günlәrini ailәlәri ilә birlikdә Qırmızı Xaç Cәmiyyәtinin
hәrbi-sәhra hospitallarının çimәrliklәrindә keçirirdilәr.
Deyәk ki, xarici ticarәt nazirliyi xaricdәn müftә alınmış 125
qan plazması vә tonlarla quru südü sәhiyyә nazirliyinә
satır, sәhiyyә nazirliyi dә aldığını yoxsullar üçün xәstә -