Page 129 - Patriarxın payızı
P. 129
PATRİARXIN PAYIZI
mәcbur edirmişlәr vә burada artıq valideynlәrin razılığı
tәlәb olunmurdu, çünki belә şayiә gәzirdi ki, meydançaya
bircә dәfә çıxan uşaqlar bir daha ailәlәrinә qayıtmır, izsiz-
soraqsız yoxa çıxırlar. Növbәti lotereya oyununa lazım
olan uşaqları tapmaq üçün xüsusi dәstәlәr tәşkil
edilmişdi, onlar gecәlәr evlәrә soxulmağa, valideynlәr isә
uşaqlarını bildiklәri, bacardıqları kimi gizlәtmәyә
çalışırdılar. Xüsusi tәyinatlı qoşunlar de Armas
meydanını, ona deyildiyi kimi, heç dә ictimai emosiyanı
tәnzimlәmәkdәn ötrü yox, heyvan sürüsü kimi irәli
tәpilәn insan kütlәsinin qabağını saxlamaq üçün
mühasirәyә almışdı. Dövlәt mәmurları bu münaqişәdә
vasitәçilik etmәk mәqsәdilә prezidentin qәbuluna düş -
mәk istәyәn diplomatları әn müxtәlif, әn sarsaq bәhan ә -
lәrlә tovlayır, onun qәribәdәn qәribә xәstәliklәri barәdә
köhnә nağıllar yenidәn işә salınırdı. Mәmurların bir
hissәsi deyirdi ki, prezidenti yuxusuzluq әldәn salıb,
çünki biçarә yalnız ayaq üstә yata bilir, çünki onun fәqәrә
sütununda, iquananın bel sümüyünә bәnzәr sümük darağı
әmәlә gәlib; bir hissәsi bundan da sarsaq bәhanәlәr
gәtirirdi: “Prezident sizi ona görә qәbul edә bilmir ki,
qarnında xәstәlik var, zati-alilәrinin içindә qurbağalar
әmәlә gәlib”. Mәmurlar uşaqları azad etmәklә bağlı ona
vurulan etiraz teleqramlarının, xahişlәrin bircәciyini belә
üzә çıxarmasalar da, belә teleqram vә xahişlәr dünyanın
dörd bir yanından axıb gәlirdi. Hәtta Roma papasından
gәlәn teleqramı da ondan gizlәtmişdilәr, bu teleqramda
Roma papası günahsız körpәlәrin acı taleyi ilә bağlı öz
hәvari kәdәrini bildirirdi. Hәbsxanalar qiyama qalxmış
valideynlәrlә ağzınacan dolu idi, növbәti lotereya oyunu
üçün bircә uşaq da tapmaq olmurdu. “Lәnәt şeytana, çox
pis ilişmişik, mәnim generalım!” Lakin o, ayaqları altında
açılan uçurumun bütün dәrinliyini qәsrin içәri hәyә -
tindәki sallaqxanada sürü kimi bir yerә toplaşmış zavallı 129
uşaqları görәndәn sonra hiss elәmişdi, yüzlәrlә uşağın
hәmin o dәhşәtli gecәdәn sonra zirzәmidәn çıxıb neçә