Page 132 - Patriarxın payızı
P. 132
verdi ki, uşaqları And dağlarının o tayına – içindә daim
duman sürünәn mağaralara aparsınlar, elә bir yerә ki, heç
kәs onları tapa bilmәsin, orada olduqları bir kimsәnin
ağlına belә gәlmәsin, tapşırdı ki, uşaqların yerini tez-tez
dәyişdirsinlәr – aranın çürük noyabrından dağәtәyinin
qızmar fevralına daşısınlar vә әksinә. Uşaqların qız -
QABRİEL QARSİA MARKES vә isti adyal göndәrdi… uşaqlar qızdırma xәstә liyinә
dırmadan titrәtdiklәrini eşidәndә isә onlara kinә dәrmanı
Qırmızı Xaç Cәmiyyәtinin müşahidәçi tәyyarә lәrindәn
gizlәdilmәkdәn ötrü bir neçә gün çәltik tarlasında
boğazlarınacan suyun içindә dayanarkәn tutulmuşdular;
onlar skarlatina xәstәliyindәn әziyyәt çәkәndә isә әmr
elәdi ki, günәşin gözqamaşdıran şüaları onların gözlәrini
ağrıtmasın deyә şüaların vә ulduzların parıltısını süni
qırmızı işıqla kölgәlәndirsinlәr; ağac gәnәlәri onları
yemәsin deyә havanı hәşәrat dәrmanıyla tozlandırsınlar;
uşaqların başına vertolyotdan konfet, yağlı dondurma
yağır, Yeni il hәdiyyәlәri göydәn paraşütlә atılırdı… O,
bütün bunları elәyirdi ki, uşaqların taleyinә dair qәti
qәrara gәlәnәcәn onlar yaxşı yaşasınlar, keflәrini
pozmasınlar. Bu sayaq xeyirxah işlәriylә tәdricәn özünü
sakitlәşdirirdi vә qәrәzli: “Bәs bu uşaqları neynәyәk?” –
sualı da daha onu incitmirdi; bir azdan sonra, ümu -
miyyәtlә, uşaqları unutdu, hüznlü yuxusuz gecәlәr, bir-
birinә bәnzәr yeknәsәq gündüzlәr bataqlığına gömüldü –
daha heç nә onu narahat elәmirdi… vә bu halı axşamların
birinә qәdәr davam etdi…
Çәrşәnbә gününün axşamı idi. Saat doqquzu vurdu vә
o, zamanın metal cingiltisini eşidib ayağa qalxdı, saray
pәncәrәlәrinin mәhәccәrlәrindә mürgülәyәn toyuqları
qabağına qatıb hinә saldı, toyuqlar yerlәrini tutandan
sonra, adәti üzrә, onları saymağa başladı; bu vaxt içәri
növbәtçi quşabaxan – mulat qadın girib gün әrzindә yu-
132 murtlanan yumurtaları yığmağa başladı; bu dәmdә gene -
ral ömrünün sәrf edilmәmiş enerjisini, qaynarlığını hiss
etdi, qadının döşlüyünün xışıltısı onu cuşa gәtirdi vә