Page 136 - Patriarxın payızı
P. 136

mәyin, prezervativ vә tualet kağızından istifadә etmәyin
               qaydalarını başa salırdılar, öyrәtdiklәri bundan ibarәt idi.
               Hәrbçilәrin müxtәlif yönümlü dәstәlәri arasında ixtilaf,
               ya münaqişә düşsә, başları bir-birinә qarışar, mәndәn
               uzaq olarlar. Mәnim üçün milli tәhlü kәsizlik idarәsi, baş
               istintaq agentliyi, ictimai asayiş üzrә milli departament
           QABRİEL QARSİA MARKES  vә idarә uydurub yaratdılar ki, indi çoxunun heç adı
               vә bu kimi bir-birindәn mәnasız, lazımsız o qәdәr tәşkilat


               yadımda deyil!” Əslindә, bu idarә lәrin hamısı Milli
               Tәhlükәsizlik Xidmәtinin müxtәlif adları idi, lakin ona
               mәnzәrәni bu cür tәsvir etmәk sәrfәliydi, guya bunlar
               müxtәlif tәşkilatlar, müxtәlif xidmәtlәrdir. Bu, çәtin vaxt-
               larda ona manevr etmәk imkanı yaradırdı; mәsәlәn, milli
               tәhlükәsizlik orqanının әmәkdaşlarına tәlqin edirdi ki,
               onlar baş istintaq agentliyi tәrәfindәn izlәnilir, әslindә isә
               bu tәşkilatların hәr ikisi ictimai asayiş agentliyinin
               müşahidә obyektiydi. O, zabitlәri bir-biriylә toqquşdurur,
               etibarsız saydığı hәrbi hissәlәrin barıtına dәniz qumu
               qatılması әmrini verir, birinә bir şey, o birinә tamam
               başqa şey deyir, hamını elә dolaşdırırdı ki, heç kәs
               generalın әsl niyyәtindәn baş aça bilmirdi. Bununla belә,
               onlar qiyama qalxırdılar: “N” kazarması üsyan edib,
               mәnim generalım!” Onda kazarmaya cumub, ağzı
               köpüklәnә-köpüklәnә: “Çәkilin yoldan, qurumsaqlar, bu-
               rada hökmdar mәnәm, hakimiy yәt dә mәnimdir!” – deyә
               bağırırdı. O özlәrini itirmiş, beşcә dәqiqә әvvәl onun
               portretlәrini hәdәfә çevirib güllә ata-ata mәşq edәn
               zabitlәrin yanından ayaq saxlamadan, saymazyana ötüb-
               keçir, gedә-gedә: “Tәrk-silah olsunlar!” – göstәrişini
               verirdi. Hökm dolu sәsindә öz gücünә elә böyük inam
               vardı ki, zabitlәr özlәri silahları yerә atırdılar. O:
               “Mundirlәri çıxarın! – deyә әmr edirdi. – Bu paltarı
               yalnız kişilәr geyә bilәr!” Vә zabitlәr dәrhal mundirlәrini
         136   soyunurdular.
                   “San-Xeronimo bazası qiyama qalxıb, mәnim gener a -
               lım!” Vә o, bazanın әrazisinә baş darvazadan daxil oldu,
   131   132   133   134   135   136   137   138   139   140   141