Page 141 - Patriarxın payızı
P. 141

PATRİARXIN PAYIZI

          arabanın içәri daxil olaraq Konde kazarmalarının qәnbәr
          döşәnmiş tәlim meydançasının ortasında dayandığını,
          general Barbosanın denşikinin südün dadına baxmaq
          üçün әlindә bardaq vә çömçә, arabaya dırmaşıb birinci
          çәllәyin ağzını açdığını vә hәmin dәqiqә dә gözqa -
          maşdıran, qulaqbatıran partlayışın zәrbәsindәn havaya
          uçduğunu gördülәr… vә daha heç nә görmәdilәr vә axirәt
          gününәcәn dә görә bilmәyәcәkdilәr: çünki zavallılar altı
          çәllәk barıtın müdhiş partlayışıyla havaya sovrulub, sarı
          binanın içindәn püskürәn vulkanın ağzına düşmüş kimi,
          bircә anda yanıb kömürә dönmüşdülәr… gör nә idi ki,
          hәmin partlayışdan sonra uzun illәr o yerdә bircә çiçәk
          belә bitmәdi! Barıt Konde kazarmalarıyla bәrabәr, yaxın -
          lıqdakı dörd binanı da uçurmuşdu, şәhәrin ucqarlarınadәk
          bütün evlәrdәki qab-qacağı sındırmışdı; partlayış
          dalğasından yüngülcә sәksәnәn prezident isә: “Vәs -
          salam!” – deyib köks dolusu nәfәs almışdı, sursata qәnaәt
          etmәkdәn ötrü iki cәrgәyә düzdürülüb güllәlәnmiş on
          sәkkiz zabitin meyitini zibil furqonlarında liman
          qalasından çıxaranda da: “Vәssalam…” – deyib köks do-
          lusu nәfәs almışdı, general Rodriqo de Aqilar qarşısında
          mil dayanaraq: “Bütün siyasi canilәr yaxalanıb, dustaq -
          xanalarda yer çatışmır, mәnim generalım!” – deyә
          hesabat verәndә dә köks dolusu nәfәs alıb: “Vәssalam!” –
          demişdi, bu qәlәbәnin şәninә çalınan kilsә zәnglәrinin
          nikbin harayını, bayram atәşfәşanlığının sәs-küyünü, onu
          vәsf edәn, sülh vә әmin-amanlığın növbәti yüz ilinin
          gәlişindәn xәbәr verәn himnlәrin tәntәnәli melodiyalarını
          eşidәndә dә: “Vәssalam!” – deyib köks dolusu nәfәs
          almış dı, “vәssalam, lәnәt şeytana… – demişdi, – bununla
          da hәngamә sona yetdi!” Vә bu hadisәdәn sonra öz
          gücünә inamı o qәdәr artmışdı, hissiyyatı elә korşalmışdı
          ki, şәxsi tәhlükәsizliyinә dә sәhlәnkar yanaşmağa baş -
          lamışdı… Günlәrin bir günü sübh tezdәn inәk sağı nından  141
          sonra saraya qayıdarkәn qızılgül kolunun arxasından
          çıxıb üstünә cuman cüzamlı xәstәni belә dәrhal sez -
   136   137   138   139   140   141   142   143   144   145   146