Page 142 - Patriarxın payızı
P. 142

mәmiş, yalnız cüzamlı titrәk barmağıyla qara poladı
               payız çiskinindә parıldayan tapançasının tәtiyini çәkmәyә
               cәhd edәndә ayılmışdı… sinәsini irәli verib, qol larını
               geniş açaraq: “Ürәkli ol, qurumsaq, ürәkli ol!” – deyә
               bağırmış, hәm dә, bir vaxtlar görücü-falçının yoz duğu
               kimi, saf bulaq suyunun üzündә әks olunduğu kimi yox,
           QABRİEL QARSİA MARKES  “Kişisәnsә, vur!” – deyә çığırmışdı; xәstә dә özünü itirib
               tamam başqa cür ölә bilәcәyinin heyrәti içindә:


               duruxmuş, tәrәddüd içindә qalmış, gözlәri sönmüş,
               iradәsizlikdәn alt dodağı sallanmışdı… sonra qәfildәn
               gürz ağırlığında yumruğun zәrbәsindәn döşәmәyә
               sәrilmiş vә orada ağnaya-ağnaya, çәnәsindәn aldığı
               dәhşәtli tәpik zәrbәlәri ilә döyülmüşdü; sui-qәsdә mәruz
               qalmış prezident isә başı üzәrindә sönük-sönük işaran
               yalqız ulduzu görmüş, bağırtı sәsinә qaçıb gәlәn
               mühafizәçilәrin ayaq sәslәrini, yuxudaymış kimi,
               haradansa uzaqlardan eşitmişdi... “Nә olub, mәnim
               generalım?!” Bu vaxt beş güllә açılmışdı, beş göyümtül
               parıltı bağı işıqlandırmışdı – cüzamlı xәstә prezident
               qvardiyasının – onun cәlladlarının әlinә diri keçmәmәk
               üçün daraqdakı patronların beşini dә öz qarnına
               boşaltmışdı… O isә qan içindә qıvrılan cüzamlının
               üzәrindәn adlayıb, әl-ayağa düşmüş saray sakinlәrinin
               hay-hәşirini gur sәsiylә batıraraq әmr elәmişdi ki,
               xәstәnin meyitini şaqqalasınlar, әtini qaxac elәsinlәr,
               başını da duzlayıb hamıya ibrәt olsun deyә de Armas
               meydanında tamaşaya qoysunlar; göstәriş verdi ki, sağ
               ayağını Santa-Mariya-del-Altarın şәrq sәrhәdinә, sol
               ayağını qәrb sәrhәdinә – şora çıxarılan sәhraya göndәr -
               sinlәr, bir qolunu aran sakinlәrinә, o biri qolunu meşә
               sakinlәrinә nümayiş etdirsinlәr, quyruq yağında
               qızardılmış tikәlәrini yeddi iqlimli, bu iyrәnc әyyaş -
               xananın bütün vilayәtlәrindә xalqa göstәrsinlәr, qoy hamı
         142   bilsin ki, öz atasına әl qaldıranı hansı aqibәt gözlәyir,
               sonra hәlә dә qәzәbdәn göyәrmiş vücuduyla qızılgül
               kolluğuna girmişdi ki, keşikçilәrin cüzamlı xәstәlәri xırda
   137   138   139   140   141   142   143   144   145   146   147