Page 137 - Patriarxın payızı
P. 137

PATRİARXIN PAYIZI

          iri, xәstә ayaqlarını ardınca qocafәndi sürüyә-sürüyә, onu
          görcәk quzuya dönüb sıraya düzülәn qiyamçı qvardiya
          dәstәlәrinin cәrgәlәri arasından keçib, qiyam qәrarga -
          hının tәn ortasında tәk-tәnha, silahsız peyda oldu vә
          amiranә sәslә: “Üzüüstә döşәmәyә uzanın, düdәmәlәr! –
          dedi. – Döşәmәyә uzanın! Dәdәlәrindәn bixәbәr köpәk
          uşaqları!” Vә Baş Qәrargahın on doqquz zabiti müti hal -
          da ağzı üstә yerә döşәndi… Bir müddәtdәn sonra onları
          dәnizkәnarı kәndlәr boyu gәzdirir, torpaq yemәyә mәcbur
          edirdilәr ki, qoy hamı mundiri çıxarılmış zabitin dәyә -
          rinin nә olduğunu öz gözlәriylә görsün. “İt uşaqları!” –
          әsgәrlәrin arı pәtәyi tәki qaynaşdığı kazarmalarda qış -
          qırışırdılar, hamı prezidentin istәdiyi kimi, qiyamın
          tәşәbbüskarlarının güllәlәnmәsini, meyitlәrinin od әlәyәn
          günün altında ayaqlarından asılmasını tәlәb edirdi ki, Al-
          laha tüpürәnlәrin aqibәtini hamı öz gözüylә görsün. “Bax
          belә, quldurlar!” Tәlәb yerinә yetirildi, lakin bu qanlı
          cәza tәdbirlәri ona dinclik gәtirmәdi. Guya kökündәn
          kәsdiyi yoluxucu xәstәliklәr yenidәn yayılmağa başlayır,
          qorxunc sui-qәsdlәr yırtıcısı caynaqlarını yenidәn uzadır,
          hakimiyyәt dәhlizlәrindә özünә yuva qurur, әn qәtiyyәtli
          zabitlәrin imtiyazlı kölgәsindә güc yığırdı. O öz әqi -
          dәsinә zidd gedib sәlahiyyәtlәrinin artıq-urtuğunu onlarla
          bölüşmәyә, bu adamlara etibar elәmәyә mәcbur idi, çünki
          onlarsız keçinә bilmәzdi, lakin mәsәlә burasındaydı ki,
          onlarla birgә yaşamaq, onlarla bir havayla nәfәs almaq
          da mümkün deyildi, hәrçәnd әbәdi yaşamağa mәhkum
          edildiyindәn bununla barışmalıydı. “Lәnәt şeytana, bu ki
          әdalәtsizlikdir!..” Əziz dostu general Rodriqo de Aqiların
          namusuna vә sәdaqәtinә şübhә elәmәk isә, sözün әsl
          mәna sında, işgәncә idi, lakin… “O mәnim kabinetimә
          girәndә sifәti meyit rәngindәydi… soruşdu ki, hәmin o
          iki min uşağın aqibәti necә oldu? Doğrudanmı, bütün
          dünyanın bildirdiyi kimi, biz uşaqları dәnizdә boğ -
          muşuq?” Rezident sәsi belә titrәmәdәn Rodriqo de Aqi-   137
          lara bildirdi ki, bu, şayiәdir, xainlәrin uydurmasıdır. “Mәn
   132   133   134   135   136   137   138   139   140   141   142