Page 135 - Patriarxın payızı
P. 135
PATRİARXIN PAYIZI
Bu sayaq ağır sınaqlar onu bir daha әmin edirdi ki, әn
tәhlükәli düşmәn rejimin daxilindәdir, yәni etimad qaza-
naraq dövlәt başçısının ürәyinә soxulmuş şәxsdir; bir
daha әmin olurdu ki, ilk baxışda ona әn sadiq görünәn,
vaxtilә vәzifә pillәlәriylә yüksәltdiyi vә bu sәbәbdәn
dayağı bildiyi adamlar gec-tez onları yedizdirәn әli kәsib
atmağa çalışırlar – belәlәrini әlinin bircә zәrbәsiylә yıxır,
onların yerinә ayrılarını tapıb yüksәk vәzifәlәrә tәyin
edir, fәhmi vә barmağının bircә işarәsi ilә müxtәlif
rütbәlәr verirdi: “Sәn – kapitansan, sәn – polkovnik, sәn –
general, qalanları isә leytenant! Daha nә istәyirsiz?!”
Sonra vaxt ötdükcә bu adamların qarın bağlamağına,
enlәnib-şişib az qala tikişlәri sökülәn mundirlәrinә
sığmamağına tamaşa elәyә-elәyә özünә qarşı sәdaqәti
dәyәrlәndirәrәk onları gözdәn itirirdi vә yalnız iki min
uşaqla bağlı gözlәnilmәz hadisәdәn sonra anlamışdı ki,
onu bir nәfәr yox, hәrbi qüvvәlәrin bütün komandanlığı
aldadıb. “Bircә onu bilirlәr ki, süd xәrclәrinin artırıl -
masını tәlәb elәsinlәr, iş çәtinә düşәndә isә indicә xörәk
yediklәri nimçәyә batırmağa hazırdırlar, halbuki onların
hamısını mәn öz qabırğamdan yaratmışam – Adәm
Hәvvanı yaratdığı kimi!” Bu, hәqiqәtәn dә, belә idi,
ancaq nә fayda, general bir an belә dinclik bilmәdәn
onların naz-qozuyla oynamalı, iddia vә tәkәbbürlәriylә
hesablaşmalı olurdu. Ən tәhlükәlilәrini yanında saxla -
yırdı ki, göz qoymaq asan olsun, digәrlәrini isә sәrhәd
qarnizonlarında xidmәtә göndәrirdisә dә, bütün bu
tәdbirlәr onu şübhәlәrdәn xilas edә bilmirdi. Vaxtilә o,
qrinqoların dәniz piyadasının ölkәyә desant çıxar masına,
sәfir Tompsonun rәsmi mәlumatında deyildiyi kimi, heç
dә sarı qızdırmaya qarşı birgә mübarizә apar maq üçün
yox, yaxud siyasi mühacirlәrin iddia etdiyi kimi, xalqın
qәzәbindәn qorxduğuna görә yox, mәhz öz zabitlәrinin
xәtrinә icazә vermişdi. “Mәn istәyirdim ki, onlar bizim 135
zabitlәri adam elәsinlәr, namuslu olmağı öyrәtsinlәr, ana!
Onlar da öyrәdirdilәr, zabitlәrimizә ayaqqabını gey -