Page 131 - Patriarxın payızı
P. 131
PATRİARXIN PAYIZI
söhbәt isә xalqın vәtәnpәrvәrlik ruhunu sarsıtmaq istәyәn
mürtәdlәrin iyrәnc uydurmalarıdır – ölkәmizin qapıları
hәqiqәti öyrәnmәk istәyәnlәrin hamısının üzünә açıqdır,
buyurub gәlә bilәrlәr! Bu çağırışa cavab olaraq ölkәyә
Millәtlәr Birliyinin komissiyası tәşrif buyurdu vә bur-
nunu soxmadığı deşik qoymadan hәr yeri әlәk-vәlәk edib
dindirmәk istәdiyini dindirdi, hәr şeyi bütün tәfәrrüatıyla
saf-çürük etdi, axtarışlar apardı, hәtta Bendisyon Al-
varadonu da sorğu-suala tutdu. Arvad sonralar tәәccü -
bünü belә bildirirdi: “Cadugәrlәrә oxşayan o qanmazlar
kim idi? Evә soxulub iki min uşağı çarpayıların altında,
az qala sap qutusunda, fırça qablarında axtarmağa
başladılar!” Axırda komissiya әmin oldu ki, hәqiqәtәn dә,
mәmlәkәtdә dustaqxanalar boşdur, hәr yerdә qayda-
qanun hökm sürür, insan hüquqlarının vә humanizm
prinsiplәrinin bilәrәkdәn, ya bilmәyәrәkdәn pozul -
masına, yaxud nә vaxtsa pozulduğuna dair heç bir dәlil-
sübut yoxdur. “Rahat yatın, general! Sağlıqla qalın!” O,
pәncәrәnin qabağında dayanmışdı, komissiyanı geri qay-
taran gәminin körpüdәn aralanmağına tamaşa edir, onlara
işlәmә naxışlı yaylığını yellәyә-yellәyә ürәyindә:
“Əlvida, әziz kütbeyinlәr, sizә sakit dәniz vә uğurlu yol!
Xoş getdiniz!” – deyirdi, sonra köks dolusu nәfәs dәrdi:
“Vәs salam, bu hәngamә dә belә bitdi!” Lakin general
Rod riqo de Aqilar bilirdi ki, hәngamә hәlә bitmәyib:
“Uşaqlar qalıb axı, mәnim generalım!” O, әliylә alnını
şappıldatdı: “Lәnәt şeytana, tamam yadımdan çıxmışdı.
Doğrudan da, indi bu uşaqları neylәyәk?..” Bu cansıxıcı
vәziyyәtdәn müvәqqәti dә olsa qurtulmaq üçün göstәriş
verdi ki, uşaqları gizlәdiklәri meşәdәn çıxarıb daim
yağışlar yağan, külәksiz vilayәtlәrә göndәrsinlәr; çünki
külәk xatalı mәsәlәdi, uşaq sәslәrini kimlәrinsә qulağına
çatdıra bilәr; әmr elәdi, uşaqları elә bir yerә göndәrsinlәr
ki, orada heyvanlar daimi nәmişlikdәn diri-diri çürüyür, 131
hәtta sözlәr dә nәmişlikdәn kif atır… ağacların arasıyla
isә sürüşkәn dәrili, selikli osminoqlar sürünür; göstәriş