Page 127 - Patriarxın payızı
P. 127
PATRİARXIN PAYIZI
tana, nә uşaq, hansı uşaq?!” – deyә soruşmuşdu vә uzun
müddәtdәn bәri ondan gizlәdilәn bir şeyi eşidib
öyrәnmişdi. Demә, növbәti lotereya tirajı keçirilәrkәn
torba dan lotereya biletlәri çıxaran uşaqlar ordu kazar -
malarında dustaq saxlanılırmış, sәbәbi dә, ehtimala görә,
bu imiş ki, uşaqlar dillәrini dinc qoymaya vә lotereya
oyunlarının daimi qalibi olan prezidentin qәlәbәsinin sir-
rini açıb söylәyә bilәrmişlәr. “Valideynlәr uşaqlarının
harada olduğunu öyrәnmәyә çalışır vә bizi günah -
landırırlar ki, balalarını qapalı yerdә saxlayırıq, biz dә hәr
dәfә cavab veririk ki, bu, böhtandır, müxalifәtin murdar
uydurmasıdır, ancaq valideynlәr sakitlәşmirlәr, hәtta bir
dәfә qiyam qaldırıb kazarmaların birinә soxulmaq
istәdilәr, iş o yerә çatdı ki, onları minomyot atәşiylә geri
oturtmalı olduq, qan su yerinә axırdı, mәnim generalım,
әsl güllәbaran idi, lakin belә xırda mәsәlәlәrә görә sizi
narahat elәmәk istәmirdik. Uşaqlar, hәqiqәtәn, qala
zirzәmisindә saxlanılır. Əlbәttә, onlar üçün hәr cür şәrait
yaradılıb, özlәrini gümrah hiss edirlәr, amma mәsәlә
burasındadır ki, artıq ora iki minә yaxın uşaq yığılıb, indi
bilmirik neylәyәk ki, nә şiş yansın, nә kabab, mәnim
generalım!” Uduzma olmayan lotereya oyunu qeyri-adi
bir fәhmlә – üzәrindә rәqәmlәr qeyd edilmiş bilyard
şarları şәklindә tapılmışdı. İdeya dahiyanә dәrәcәdә, elә
sadә idi ki, hәyata keçirilmәsini yubandır maq olmazdı –
ona görә dә ümummilli lotereya günü elan edildi. Hәlә
gün-günorta olmamış, qızmar istiyә baxmayaraq, bәxtini
sınamağa can atan, lotereyanın nәcib tәşkilatçısına alqış
söylәyәn çoxminlik izdiham de Armas meydanına
toplaşmışdı; dörd bir yandan musiqiçilәr, kәndirbazlar
axışıb gәlmiş, ticarәt köşklәri qurulmuşdu, istiotlu
balqabaqla qızardılmış pomidor satan alverçilәr camaatın
arasıyla o baş-bu başa vurnuxur, Nuh әyyamın dan qalma
ruletka, yaxud bileti oyunçunun әvәzinә hansısa qoturun 127
çıxardığı lotereya kimi, bәsit oyunlar oynayırdılar. Bütün
bu anaxronik fırıldaqlar yoxa çıxmış dünyanın artıq-