Page 126 - Patriarxın payızı
P. 126

xanalarda xırıd elәyirdi. Baş qәrargahın zabitlәri isә öz
               ehtiyaclarını sәfir Uorrenin әrazi sularımızda qeyri-
               mәhdud balıqçılıq hüququ әvәzindә ixtiyarımıza verdiyi
               әlahiddә istiqrazlar hesabına bәrpa işlәri üzrә proqram
               çәrçivәsindә ictimai tikintinin podratları hesabına
               ödәyirdilәr. “Əşi, cәhәnnәmә ki, qoy köpәnәcәn basıb
           QABRİEL QARSİA MARKES  vә sonradan heç kimin bir daha görmәdiyi gәnc
               yesinlәr!” – deyib bir vaxtlar kabinetindәn yola saldığı


               xәyalpәrvәrlә söhbәtini, ona ovcundakı rәngli şüşә kürә -
               ciyi – hansısa uşaq oyununda “kanika” adlandırılan әş -
               yanı göstәrәrәk dediyi: “bu kimdәdirsә, sahibi dә odur...”
               sözlәrini xatırlayırdı.
                   O, ölkәdә gedәn bәrpa işlәrindәn ruhlanmışdı, bu
               işlәrlә şәxsәn özü mәşğul olur, әn kiçik detalların belә
               mahiyyәtinә varır, hakimiyyәtinin ilk illәrindә olduğu
               kimi, hәr şeyi tәkbaşına hәll edirdi; seldәn sonra lehmә
               palçıqla örtülmüş şәhәr küçәlәrindә qәfildәn bataqlıq
               çәkmәlәrindә vә şlyapada peyda olur, şәhәrin öz istәyinә
               uyğun şәkildә bәrpa edilmәsinә göz qoyurdu; istәdiyi dә
               o idi ki, şәhәr – suyun altında boğulmuş bir yalqızın yu -
               xu da görә bilәcәyi vәziyyәtdә dirçәldilsin. O, zavallı
               yalqızın yuxuda gördüyü hәmin şәhәri – millәt atasının
               şöhrәtini göylәrә ucaldacaq әzәmәtli, qәnirsiz şәhәri ov-
               cunun içi kimi apaydın tәsәvvür edir, inşaatçılara gös -
               tәrişlәrini verirdi: “Bu qüllәni iki metr dә ucaldın ki,
               oradan okean gәmilәrini görmәk olsun…” Vә dәrhal
               qüllә iki metr ucaldılırdı; әmr edirdi: “Bu çayın axarını
               әks sәmtә çevirin…” vә buyruğu dәrhal yerinә yetirilirdi;
               o, melanxoliyanın, qәm-qüssәnin nә olduğunu unut -
               muşdu, başı tikintiyә elә qarışmışdı ki, bir an belә
               dincәlmәk bilmirdi; dövlәt işlәrindәn o qәdәr uzaq l aş -
               mışdı ki, uşaqlarla bağlı bir problem eşidәndә elә bil
               başına qaynar su әndәrdilәr. “Bәs bu uşaqları neylәyәk?” –
         126   deyә soruşan yavәri bu sualı vermәyәydi kaş… lakin sual
               ve ril mişdi vә elә bil generalın başına qaynar su әndәr -
               mişdilәr, o, indicә göydәn düşübmüş kimi: “Lәnәt şey -
   121   122   123   124   125   126   127   128   129   130   131