Page 128 - Patriarxın payızı
P. 128

urtuğundan, fәlәyin nәhәng çәrxinin böyür-başındakı
               qırıntılardan faydalanmaq, bütün bunlardan növbәti ilğım
               payı qoparmaq cәhdi idi. Budur, günorta saat üçdә lote -
               reya oynanılan taxta meydançaya hәlә yeddi yaşına
               çatmamış, oyunun әdalәtli keçiril mәsinә şübhә qalmasın
               deyә tamaşaçıların özlәri tәrәfindәn seçilmiş üç uşaq
           QABRİEL QARSİA MARKES  müxtәlif rәngli torba vә torbaların hәr birindә xüsusi
               qalxdı: hәrәsinin dә әlindә içindә bilyard kürәciklәri olan


               nәzarәtçilәrin tәsdiq etdiyi, sıfırdan nömrәlәnmiş on әdәd
               bilyard şarı vardı. “Diqqәt, xanımlar vә cәnablar! Hәr
               uşaq gözüyumulu vәziyyәtdә torbadan bir әdәd şar
               çıxaracaq!” Uşaqlar ilk әvvәl göy torbadan, sonra qırmızı
               torbadan, daha sonra sarı torbadan şar çıxardılar. Onlar
               әllәrini növbә ilә torbaya salır, şarları bir-bir әllәşdirir,
               әlhavasına, nisbәtәn soyuq olanı çıxarırdılar… bu barәdә
               uşaqlara qabaqcadan göstәriş verilmişdi. Hәr torbada
               şarın biri qalanlarına nisbәtәn ona görә soyuq olurdu ki,
               onu bir neçә gün buzlu suda saxlayırdılar. Belәliklә,
               uşaqların hәr biri öz torbasından bir şar çıxarıb camaata
               göstәrir, şarın üstündәki rәqәmi elan edir, elan edilmiş üç
               nömrә, xoş tәsadüfdәn, prezidentin biletindәki rәqәmlәri
               göstәrirdi... “Bizim heç ağlı mıza gәlmirdi ki, axı uşaqlar
               bunu başqalarına deyә bilәr lәr?! Belә bir tәhlükәnin
               olduğunu anlayandan sonra onları qapalı yerdә saxlamaq-
               dan savayı әlacımız qalmadı. Əvvәlcә üçünü, sonra
               dördünü, sonra beşini; sonra uşaqların sayı artıb iyirmi
               oldu vә belәcә, çoxala-çoxala getdi, mәnim generalım!”
               O, kәlәfin ucundan tutmuşdu, odur ki yavәrini hәr şeyi
               olduğu kimi açıb söylәmәyә mәcbur etdi vә belә mәlum
               oldu ki, lotereya fırıldağında ordu vә donanma
               zabitlәrinin hamısının әli var; öyrәndi ki, uşaqların ilk
               beş-on nәfәri ata-analarının razılığıyla meydançaya
               qalxırmış vә uşaqlara mәhz hansı şarı çıxarmağı hәmin
         128   valideynlәr lotereya oyununun gedi şatına “züy tuta-tuta”
               öyrәdirmişlәr. Lakin sonrakı oyunlarda şar çıxarmaq
               mәsәlәsindә uşaqları bu fırıldağa zor vә hәdә gücünә
   123   124   125   126   127   128   129   130   131   132   133