Page 130 - Patriarxın payızı
P. 130

ayın qaranlıq zülmәtinә öyrәşmiş gözlәri günәş işığından
               tutula-tutula, sәrsәm çәpişlәrtәk hara gәldi qaçışdığını
               görәndә anlamışdı… Uşaqlar işıqda azmışdılar… sayca
               çox olsalar da, elә bir vәhdәt tәşkil edirdilәr ki, general
               bu uşaqların hәr birini ayrı-ayrılıqda, iki minә yaxın
               müxtәlif uşaq kimi yox, minsifәtli nәhәng heyvan
           QABRİEL QARSİA MARKES  qoxuyur, yeraltı sular kimi uğuldayırdılar. Bu heyvanı
               cildindә görmüşdü… onlar yanıq yun vә nәcis iyi


               dәrhal mәhv edilmәkdәn mәhz minsifәtli olması
               qorumuşdu, o sәbәbdәn ki, bu saysız-hesabsız hәyatın
               hamısını yer üzünü lәrzәyә salmadan qırmaq mümkün
               deyildi. “Heç nә elәmәk olmur, lәnәt şeytana!” Lakin
               nәsә elәmәk lazım idi vә o, ali komandanlığın üzvlәrinin
               hamısını yanına çağırtdırdı; on dörd hәrbi komandan vә
               sәrkәrdә dәhşәtli qorxu içindә olsalar da, onun qarşısında
               cәsur vә zәhmli görünmәyә çalışırdılar. General hәrb -
               çilәrin hәr birinin gözünün içinә zillәnib gördü ki, onlar
               әlbir, o isә tәkdir, sonra başını dik tutub qәtiyyәtli sәslә
               onları hәrbi qüvvәlәrin namuslu adının vә şәrәfinin şübhә
               altına alındığı bir zamanda hәdsiz zәruri olan birliyә
               çağırdı. Qәtiyyәtlә bildirdi ki, sәrkәrdәlәrinin tәqsirsiz
               olduğuna zәrrә qәdәr şübhә etmir vә yumruqlarını
               sıxaraq masanın üstünә qoydu, bununla da nagüman -
               lığını, bütün vücudunu sarmış titrәtmәni gizlәyә bildi. O,
               hәrbçilәrә öz postlarında qalmalarını, vәzifә borclarını
               hәmişәki sәy vә qeyrәtlә yerinә yetirmәlәrini, nüfuzlarını
               itirmәkdәn qorxmamalarını әmr etdi: “Hesab edin ki, heç
               nә olmayıb, senyorlar, iclas bağlı elan olunur, hәr şeyә
               görә mәn cavabdehәm!” Bundan sonra uşaqları qaladan
               çıxarıb furqonlara mindirdilәr vә gecәnin zülmәtindә
               ölkәnin ucqar, kimsәsiz bir әyalәtinә göndәrdilәr… ertәsi
               gün isә o, tәntәnәli surәtdә rәsmi bәyanat verәrәk bildirdi
               ki, ordunun qapalı yerdә saxladığı uşaqlarla bağlı
         130   söhbәtlәr hәyasız bir yalandır, hökumәt heç kәsi hәbsdә
               saxlamır, ümumiyyәtlә, ölkәdә bir nәfәr dә mәhbus yox-
               dur, dustaqxanalar bomboşdur, kütlәvi hәbslәr haqda söz-
   125   126   127   128   129   130   131   132   133   134   135