Page 124 - Patriarxın payızı
P. 124
coşqun azadlıq fәdaisi ilә söhbәti zamanı mәlum ol -
muşdu; hәmin әcnәbi, düşüncәlәrindәki şöhrәtpә -
rәstliyinә rәğmәn, әbәdi tәnhalığa mәhkum edilmiş
utancaq bir oğlan idi… onun bu mәhkumluğu ilk
baxışdan sezilirdi; belә insanlar var ki, doğulduğu gündәn
yalqızlıq damğasını daşıyır. O axşam gәnc fәdai qapının
QABRİEL QARSİA MARKES ürәk elәmirdi, olsun ki, gözlәri günün bu qızmar çağında
ağzında hәrәkәtsiz vәziyyәtdә dayanmışdı, irәli keçmәyә
1
qlisiniyaların mәxsusi, kәskin әtir saçdığı alaqaranlığa
hәlә alışmamışdı; o, kresloda әylәşmiş qocanı yalnız bir
neçә dәqiqәdәn sonra görmüşdü – prezidentin sol
yumruğu masanın üstündәydi… öz sadә vә solğun
görkәmiylә rәsmi tәsvirlәrindәn yerlә-göy qәdәr
fәrqlәnirdi; kabinetdә keşikçi yox idi, qoca silahsız idi,
köynәyi tәrdәn islanmış, başının ağrısını kәsmәkdәn ötrü
gicgahlarına sürvә yarpağı yapışdırılmış adi bir
bәndәydi… “Gәncliyimin qiblәgahı, әn işıqlı ideallarımın
canlı mücәssәmәsi olan bir adamın, iliyinәcәn pas atmış
bu qoca olduğunu dәrk etmәkdә çәtinlik çәkirdim!”
Nәhayәt, gәnc mübariz masaya yaxınlaşıb işgüzar
adamın cingiltili, aydın sәsiylә özünü tәqdim etmişdi,
qoca da, öz növbәsindә, süst yepiskop әlini uzadıb qonaq -
la mehribanlıqla görüşmüşdü vә hәyәcanlı nitqlә prezi-
dentin gözlәri qarşısında bәşәriyyәtin xoşbәxtliyinin
füsunkar mәnzәrәlәrini yaradaraq bu amansız müha -
ribәdә Alyaskadan tutmuş Pataqoniyaya qәdәr bütün
mühafizәkar rejimlәri birdәfәlik devirmәk üçün ondan
siyasi dәstәk vә silah istәyәn әcnәbini getdikcә artan bir
heyrәtlә dinlәmişdi: “Lәnәt şeytana, axı sәn niyә başını
bu cәncәlә soxursan? Axı nәyin naminә özünü qurban
vermәk istәyirsәn?!” Bu suala gәnc әcnәbi duruxmadan,
qәtiyyәtlә cavab vermişdi: “Vәtәnimin şәrәfi naminә,
zati-alilәri! Vәtәn naminә! Onun uğrunda ölmәk – böyük
124 sәadәtdi!” Bu zaman qocanın gәncә rәhmi gәlmişdi vә o,
1
Qlisiniya – salxımşәkilli әtirli çiçәklәri olan sarmaşıq bitki