Page 119 - Patriarxın payızı
P. 119
PATRİARXIN PAYIZI
verilmişdi ki, çax naşma әlamәti görünәn kimi atәş
açılsın, әvvәlcә xәbәrdarlıq üçün iki dәfә havaya, bu,
kömәk etmәsә, çaxnaşma salanların özünә atәş açılsın;
lakin siklonun qarşısında hәr şey aciz idi; qasırğanın
vәhşi hәmlәlәrlә hәrlәnәn pәrlәri bircә zәrbәylә baş
darvazanın polad zirehini dağıtdı, әsas giriş yolunu
dağıdıb inәklәri havaya sovurdu… O, bütün bu
mәnzәrәdәn elә sarsılmışdı ki, nә baş verdiyini dәrk
elәmirdi… şırnaqları göylә yox, yerlә üfüqi vәziyyәtdә
fışqıra-fışqıra şahә qalxan sel axıntısı nәriltiylә üstünә
töküldü; balkonları partladıb vulkan püskürtülәri kimi
havaya uçurdu… fırtınanın dәnizin sualtı cәngәl lik -
lәrindәn qoparıb qaldırdığı әcaib canlılar havada qövs
cızaraq şarappıltıyla yerә dәydilәr… o, fәlakәtin miqyası
vә nәticәlәri barәdә düşünmür, bütün bu qasırğa xao-
sunda qәlbinin kin vә bәdxahlıq әdvası dadan tamından
hәzz alırdı: “Haradasan, lәnәtә gәlmiş Manuela Sançes?
Şeytan qızı, harada gizlәnmisәn? Qisasımın qasırğa -
sından harada nicat tapmısan?” Qasırğa yatandan, sakit
vә mülayim havayla әvәz olunandan sonra isә prezident
öz yaxın kömәkçilәriylә dövlәt şurasının iclas salonundan
kiçik avarlı gәmidә çıxıb şәhәri xarabalığa çevirәn
bulanıq, lehmә suyun üzüylә üzdü… karetlәr saxlanılan
tikilinin yanından ötüb palma yarpaqları vә de Armas
meydanının fәnәr dirәklәrinin arasından burula-burula
getdi… vә burada – bu lal sularda, kilsә günbәzlәrini
әhatәyә alan bu kiçicik göldә bizim generalın ağlına
ildırım çaxıntısıyla ani bir fikir gәldi… o, necәsә qәfildәn
anladı ki, bu hakimiyyәti ilә heç vaxt ali qüdrәtә sahib
olmayacaq… çünki dünyada elә şeylәr var ki, ona tabe
deyil, onun gücü xaricindәdi. Bu fikir ona möhkәm yer
elәdi, uzun müddәt bu fikrin әsarәtindәn xilas ola
bilmәdi… gәmi isә öz işindәydi, kilsәlәrin künc-bucağına
dәyә-dәyә irәlilәyir, gah әksi ilә pәncәrә şәbәkәlәrindә 119
gәzişir, gah adda-budda görün tülәrlә kilsәnin zümrüd
daşlarının, qızılı naxışlarının işartısında sezilir, gah da