Page 114 - Patriarxın payızı
P. 114

addımlarının sәsini eşidirdim... Onu bu vaxtacan gör -
               mәsәm dә, vücudunu, boy-buxununu, әzәmәtiylә birlikdә
               tәsәvvürümә gәtirib o, hәlә içәri eyvanın astanasında
               peyda olmamışdan dәhşәtә gәldim; qızılı әtirşahların
               arasında haray çәkәn dan quşu da saat on birin tamam
               olduğundan xәbәr verir, qvineo bananlarının әtrindәn
           QABRİEL QARSİA MARKES  meyvәlәr dolu budaqları pationun çardağı altında
               mәst olmuş sarıköynәk cәh-cәh vurur, ağacın şirәli


               yellәnirdi... avqust ayının hәmin mәşum çәrşәnbә axşamı
               günәşinin şәfәqlәri yarpaqların, bal dadan sapsarı
               meyvәlәrin vә bir gün әvvәl әrim Ponsio Dasanın sübh
               erkәndәn güllәylә vurub qanı axsın deyә çardağın
               altından – qvineo salxımlarının böyründәn asdığı cavan
               maralın cәmdәyi üzәrindә sayrışırdı… Budur, o, içәri
               girdi… qara-qura yuxularda görә bilәcәyimdәn daha qor -
               xunc vә zәhmli vücudu ilә, tәrdәn islanmış xaki rәngli
               gödәkcәdә, silahsız-qundaqsız evә daxil oldu… amma
               tәk deyildi, yanında, әli maçetenin dәstәyini sıxan
               qaraqabaq bir hindu dayanmışdı… mәn onun içi çıxıl -
               mazlıqlar dolu qәddar gözlәrini gördüm… o öz incә
               qadın әlini, yuxuluymuş kimi, aramla qvineo budağına
               uzatdı, salxımlardan birini qoparıb acgöz-acgöz yemәyә
               başladı… sonra birini dә qoparıb yedi, sonra birini dә, bi -
               rini dә, meyvәlәri ağzına basıb marçamarçla elә yeyirdi,
               elә bil bataqlıq lehmәsi sümrülürdü…” O hәm salxımları,
               hәm dә gözlәriylә Fransisko Lineronun yaraşıqlı bәdәnini
               yeyirdi… biçarә qadın isә az qalırdı xәcalәtdәn әriyib
               yerә girsin… Fransisko çox cavan idi, tәzәcә әrә getmişdi
               vә bu baxışlardan sıxılırdısa, bunu da gözәl başa düşürdü
               ki, bu qorxunc adam bura ehtirasını, şәhvәtini söndür -
               mәkdәn ötrü gәlib vә olacağa çarә yoxdu, çünki baş
               vermәk üzrә olan vaqiәnin qarşısını almağa yalnız bir
               adamın gücü çatardı – o da bu әjdahanın özünün. “Mәn
         114   әrimin dәhşәtdәn tәngiyәn nәfәsini eşidirdim… o mәnim
               yanımda oturdu, biz әl-әlә verib bir müddәt daş kimi
               donub-qaldıq, elә bil ürәklәrimiz dә bir-birinә qovuşub
   109   110   111   112   113   114   115   116   117   118   119