Page 117 - Patriarxın payızı
P. 117

PATRİARXIN PAYIZI

          çoxu satqın vә әclafdır. Bircә hindu hәmin o nәhәng
          izdihamın öhdәsindәn asanlıqla, tәkbaşına gәlirdi… bu
          әziz dostuma isә bir ordu adam kifayәt elәmir ki, tәlәb
          elәdiyim qızı axtarıb tapsın”. Belә mәqamlarda o, qızın
          necә aradan çıxdığını – onun qocalıq şәhvәtinin seyrәk
          çәpәri arasından necә asanlıqla sivişdiyini düşünәndә
          qәfildәn domino daşlarını qәzәblә stolun üstünә çırpır,
          oyunu әn hәlledici anında yarımçıq kәsir, dünyanın әn
          biәdәb söyüşlәrini söyә-söyә çıxıb gedirdi… Bir dәfә isә
          oyunu belәcә yarımçıq saxlayıb ayağa qalxmaq istәyәndә
          qәfildәn içini dәrin sarsıntı, әzginlik hissi bürüdü vә o
          fikirlәşdi ki, bu dünyada hәr şey gec-tez öz yerini tutur,
          bircә o heç cür tәsәlli tapa bilmir; bu fikirdәn nәfәsinin
          dözülmәz dәrәcәdә tәngiyib kәsildiyini, boğulduğunu
          hiss elәdi… günün bu vәdәsi, istinin, adәtәn, sәngidiyi
          vaxt köynәyinin tәrdәn islandığına tәәccüblәndi…
          dәnizdәn buxarlanan leş qoxusunu duydu, nәmişin
          bürküsündәn köpüşәn şişi göynәyib tütәk sәsi çıxardı…
          o nә baş verdiyini anlaya bilmәdi: “Bürküdәndi…” – de -
          yib özünә tәsәlli verdisә dә, bunu da tәrәddüdlә, müm -
          künsüz bir şey haqqında düşünәntәk etdi… hansısa
          qeyri-müәyyәn, mәchul bir duyğu onu üzüb әldәn salırdı;
          pәn cәrәnin önünә keçdi… çöldә görünәn qәribә işığın nә
          olduğunu, nәdәn saçdığını anlamağa çalışdı… şәhәr
          sanki ölmüşdü… bir kimsә gözә dәymirdi, elә bil şәhәrdә
          qriflәrdәn savayı canlı qalmamışdı… onlar da kasıbların
          mürgülәdiyi yoxsullar xәstәxanasının pәncәrәlәrini tәrk
          etmәkdә idi… elә bil şәhәrdә qalan yeganә adam – de
          Armas meydanında dayanan kor bir kişi idi… uzaq saray
          pәncәrәsindәn ona zillәnәn qocanın halını sanki uzaqdan-
          uzağa duyub     çәliyini yuxarı qaldıraraq     tәlәsik
          hәrәkәtlәrlә ona işarәlәr verir, nә isә qışqırırdısa da, nә
          dediyini anlamaq olmurdu; o bunu da baş vermәk üzrә
          olan hansısa növbәti bәdliyin sirli әlamәti kimi yozdu,  117
          amma yenә öz-özünә: “Bürküdәndi…” – deyib yerinә
          uzan dı vә pәncәrәlәri astaca döyәclәyә-döyәclәyә yuxu
   112   113   114   115   116   117   118   119   120   121   122